.
“Hörmət” təkcə Azərbaycanda yox, Macarıstanda da rüşvətin adıymış. Meksikada isə “otkat”a “dişləmə deyirlər.
Kent Universitetindən David Henig və Oxford Universitetindən Nicolette Makovicky BBC-nin saytında dünya ölkələrində rüşvətin adları barədə araşdırmalarını yayıblar. Onların arasında Azərbaycanda geniş yayılmış “hörmət” də var.
Beləliklə, dünyada rüşvətin adları:
Türkiyə isə yol polisi acdığı və cibində nəğd pulu olmadığı üçün “çorba parası” istəmir. Bu ölkədə yol polisində rüşvətin ən yayğın adı “çorba parası”dır.
“Çay pulu” həm də çayın çox içildiyi Əfqanıstan və İranda kiçik miqdarlı rüşvətin az qala hamının başa düşdüyü ikinci adıdır.
“HÖRMƏT”, “ÇAX-ÇUX”, “GÖRÜM-BAXIM”
Azərbaycanda hansısa məmur, müəllim, ya da həkim “hörmət elə” deyirsə, o demək deyil ki, vətəndaş ikiqat əyilib təzim etməli, yaxud leksikonunu ədəb-ərkan ifadələri ilə doldurmalıdır. Bu ölkədə bir məmur yanındakını göstərib sənə deyirsə ki, “ona hörmət elə”, demək əlin cibində olmalı, göstərilən adama pul verməlisən.
Türkiyədə və Azərbaycanda yayğın olan bir də “Balıq başdan iylənər” ifadəsi var. Bu ifadə də artıq çoxdan balığın başından çürüməyə başlaması mənasında deyil, “yuxarılar rüşvət alır deyə, bunlar da alır”, ya da “toplanan pul yuxarılara gedir” mənasını verir.
“Hörmət” təkcə Azərbaycanda deyil, Macarıstanda da qanunsuz və etik qaydalara zidd əməlin – rüşvətxorluğun adı imiş. Araşdırma müəlliflərinin yazdıqlarına görə Macarıstanda həkimlər bir qayda olaraq öz xəstələrindən “hörmət” (macarca “haalapenz”) gözləyirlər. Həm də bu hörmət bir qayda olaraq zərfin içində verilməldir.
Ola bilər bu araşdırmanın müəllifləri eşitməyiblər, amma Azərbaycanda rüşvətin “çax-çux”, “görüm-baxım”, “otkat” kimi çoxsaylı başqa adları da var.
“DIŞLƏMƏ”, YA DA “OTQAT”
Meksikada iş adamları və məmurlar arasında “dişləmə” sözü (yerli dildə “una ordida”) çox yayığındır. Əgər hansısa iş adamı məmurdan soruşursa ki, “dişləməsi nə qədər olacaq?” deməli o, bəri başdan “otkat”ın miqdarını bilmək istəyir. Yəni, aydınlaşdırmaq istəyir ki, dövlət sifarişini yerinə yetirmək üçün büdcədən alacağı pulun nə qədərini həmin məmura qaytarmalıdır.
Kolumbiyada eyni mənanı “kəsinti” (yerli dildə “serrucho”) sözü verir.
Rus sözü olan “otkat” 1990-cı illərdə Britaniyada “Sual pulu” (ingiliscə "cash for questions"), İtaliyada isə “şəhər otkatı” (italyanca "tangentopoli") adları ilə çox məşhur imiş.
Azərbaycanda da bir ara “otkat” qeyri-hökumət sektorunda çox yayğın işlənirdi. “Otkat vermək” QHT-nin aldığı qrant məbləğinin bir hissəsini onu verən donor təşkilatdakı vasitəçiyə qaytarması mənasını verirdi.
“QURU “SAĞ OL”DAN CIBƏ NƏ?”
Rusiyada həkim, yada hansısa dövlət məmuruna sakitcə “sağ olun” deyib çıxsan, onların bəziləri sənin ardınca “Quru “sağ ol”dan cibə nə?” mənasını verən "spasibo v karman ne polojiş" kimi bir ifadə işlədə bilər.
Eyni vəziyyətdə bir çinli məmur isə “yidian xinyi” (təşəkkür üçün təkcə “sağ ol” çox azdır) deyə bilər.
Bu ifadələr Rusiya və Çində ““Sağ ol”u özünə saxla, pul ver” kimi başa düşülməlidir.
Kimsə bu ölkədə o birinə “Nokia qutusu çox yuxarıdır, gücüm çatmır”, deyirsə, deməli həmin işə tələb olunan rüşvətin məbləği yuxarıdır, adamın bu pulu verməyə imkanı yoxdur.
Bu telefon aparatının qutusu Macarıstanda 2010-cu ildən bu yana rüşvətin simvoluna çevrilib. Həmin il Budapeştdə ictimai nəqliyat sektorunda çalışan bir şirkətin rəhbəri “Nokia” markalı telefonun qutusuna təxminən 65 00 dollar pul qoyub şəhər merinin müavininə rüşvət verərkən tutulmuşdu.
"Hörmət", "Çax-çux", "Dolanışıq", "Görüm-baxım"...
Rüşvətin Azərbaycanda işlənən daha hansı adları yaddan çıxıb, bu araşdırmada qeyd edilməyib.
Bildiklərin varsa, aşağıda qeyd edlə.
“Hörmət” təkcə Azərbaycanda yox, Macarıstanda da rüşvətin adıymış. Meksikada isə “otkat”a “dişləmə deyirlər.
Kent Universitetindən David Henig və Oxford Universitetindən Nicolette Makovicky BBC-nin saytında dünya ölkələrində rüşvətin adları barədə araşdırmalarını yayıblar. Onların arasında Azərbaycanda geniş yayılmış “hörmət” də var.
Beləliklə, dünyada rüşvətin adları:
“BIR FINCAN QƏHVƏ”, “ÇAY PULU”, “ÇORBA PARASI”
Şimali Afrikada yol polisi maşını saxlayanda rahatca “bir fincan qəhvə al”, yaxud Kenyada yol polisindən “qocaya bir çay alarsanmı?” sözünü eşidə bilərsən. Bunlar o demək deyil ki, poli əməkdaşı susayıb, cibində də pulu yoxdur, o, sadəcə rüşvət istəyir.Türkiyə isə yol polisi acdığı və cibində nəğd pulu olmadığı üçün “çorba parası” istəmir. Bu ölkədə yol polisində rüşvətin ən yayğın adı “çorba parası”dır.
“Çay pulu” həm də çayın çox içildiyi Əfqanıstan və İranda kiçik miqdarlı rüşvətin az qala hamının başa düşdüyü ikinci adıdır.
“HÖRMƏT”, “ÇAX-ÇUX”, “GÖRÜM-BAXIM”
Azərbaycanda hansısa məmur, müəllim, ya da həkim “hörmət elə” deyirsə, o demək deyil ki, vətəndaş ikiqat əyilib təzim etməli, yaxud leksikonunu ədəb-ərkan ifadələri ilə doldurmalıdır. Bu ölkədə bir məmur yanındakını göstərib sənə deyirsə ki, “ona hörmət elə”, demək əlin cibində olmalı, göstərilən adama pul verməlisən.
Türkiyədə və Azərbaycanda yayğın olan bir də “Balıq başdan iylənər” ifadəsi var. Bu ifadə də artıq çoxdan balığın başından çürüməyə başlaması mənasında deyil, “yuxarılar rüşvət alır deyə, bunlar da alır”, ya da “toplanan pul yuxarılara gedir” mənasını verir.
“Hörmət” təkcə Azərbaycanda deyil, Macarıstanda da qanunsuz və etik qaydalara zidd əməlin – rüşvətxorluğun adı imiş. Araşdırma müəlliflərinin yazdıqlarına görə Macarıstanda həkimlər bir qayda olaraq öz xəstələrindən “hörmət” (macarca “haalapenz”) gözləyirlər. Həm də bu hörmət bir qayda olaraq zərfin içində verilməldir.
Ola bilər bu araşdırmanın müəllifləri eşitməyiblər, amma Azərbaycanda rüşvətin “çax-çux”, “görüm-baxım”, “otkat” kimi çoxsaylı başqa adları da var.
“DIŞLƏMƏ”, YA DA “OTQAT”
Meksikada iş adamları və məmurlar arasında “dişləmə” sözü (yerli dildə “una ordida”) çox yayığındır. Əgər hansısa iş adamı məmurdan soruşursa ki, “dişləməsi nə qədər olacaq?” deməli o, bəri başdan “otkat”ın miqdarını bilmək istəyir. Yəni, aydınlaşdırmaq istəyir ki, dövlət sifarişini yerinə yetirmək üçün büdcədən alacağı pulun nə qədərini həmin məmura qaytarmalıdır.
Kolumbiyada eyni mənanı “kəsinti” (yerli dildə “serrucho”) sözü verir.
Rus sözü olan “otkat” 1990-cı illərdə Britaniyada “Sual pulu” (ingiliscə "cash for questions"), İtaliyada isə “şəhər otkatı” (italyanca "tangentopoli") adları ilə çox məşhur imiş.
Azərbaycanda da bir ara “otkat” qeyri-hökumət sektorunda çox yayğın işlənirdi. “Otkat vermək” QHT-nin aldığı qrant məbləğinin bir hissəsini onu verən donor təşkilatdakı vasitəçiyə qaytarması mənasını verirdi.
“QURU “SAĞ OL”DAN CIBƏ NƏ?”
Rusiyada həkim, yada hansısa dövlət məmuruna sakitcə “sağ olun” deyib çıxsan, onların bəziləri sənin ardınca “Quru “sağ ol”dan cibə nə?” mənasını verən "spasibo v karman ne polojiş" kimi bir ifadə işlədə bilər.
Eyni vəziyyətdə bir çinli məmur isə “yidian xinyi” (təşəkkür üçün təkcə “sağ ol” çox azdır) deyə bilər.
Bu ifadələr Rusiya və Çində ““Sağ ol”u özünə saxla, pul ver” kimi başa düşülməlidir.
“NOKIA QUTUSU”
Rüşvətin ən original adlarından biri də Macarıstanda işlədilən “Nokia qutusu”dur.Kimsə bu ölkədə o birinə “Nokia qutusu çox yuxarıdır, gücüm çatmır”, deyirsə, deməli həmin işə tələb olunan rüşvətin məbləği yuxarıdır, adamın bu pulu verməyə imkanı yoxdur.