Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:56

Nabranda azyaşlının xəsarət alması ilə bağlı cinayət işi açılıb


«Nabran Holiday Village» istirahət mərkəzində azyaşlının ağır bədən xəsarəti alması hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə iyulun 23-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə Xaçmazın Seyidli kəndindəki «Nabran Holiday Village» istirahət mərkəzində baş verib. Belə ki, Bakı sakini 2010-cu il təvəllüdlü İmran Cəfərzadə atası ilə birlikdə hovuzda çimərkən hovuzun yaxınlığında su çəkən qurğu işlək vəziyyətə gətirilib.

Bu zaman su borusunun ağzında qoruyucu barmaqlıq olmadığından azyaşlının hər iki ayağı borunun içərisində qalıb. Və o, ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin «əmək mühafizəsi qaydalarını pozma» və «səhlənkarlıq» maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
XS
SM
MD
LG