-
Milli Şuranın prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov Berlində səfərdədir.
O, Almaniyada yaşayan azərbaycan icması ilə görüşüb. Zenith jurnalına və Die Tageszeitung qəzetinə müsahibələr verib.
Meydan TV-yə müsahibəsində isə deyib ki, Bakıya iyulun 31-də Tbilisi-Bakı reysi ilə qayıdacaq.
O, Bakıya qayıdacağı halda həbs olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib:
“Həbs olunmaq üçün səbəblər göstərilməlidir. Belə bir səbəblər yoxdur. Cinayət işi açılanda bununla bağlı məlumat verilir. Mənə belə bir məlumat verilməyib. Belə bir xəbərin yayılmasının məqsədi məni qorxutmaqdır. Amma məqsədlərinə çatmayacaqlar”.