-
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Tanınmış rejissor Ələkbər Muradov avqustun 2-si səhər çağlarında vəfat edib.
Avqustun 1-i Ələkbər bəyin 65 illik yubileyi idi.
Mərhum uzun illərdir ki, xərçəngdən müalicə olunurmuş.
Ələkbər Yunus oğlu Muradov 1948-ci il avqustun 1-də Bakıda doğulub.
Azərbaycan Neft və Kimya İnstitutunda (1966-71), Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1973-1978) təhsil alıb. «Azərbaycanfilm» kinostudiyasında, «Ekran» Yaradıcılıq Birliyində, «Lider» TV-də və «İctimai TV»də çalışıb.
Ə. Muradov «Sonuncu dərviş» (ssenari müəllifi və rejissor), «Qərib cinlər diyarında» (operator assistenti), «Qorxma, mən səninləyəm» (operator), «Mən mahnı qoşuram» (operator), «Güllələnmə təxirə salınır» (rejissor) və s. filmlərin yaranmasında iştirak edib.
Onun bioqrafiyasında bir sıra görkəmli şəxsiyyətlərin ömür yolundan bəhs edən sənədli filmlər də var.
Mərhum Əməkdar İncəsənət Xadimi idi.
Ruhu şad olsun.