Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:06

Pamuk Misirdə baş verənləri Marquez-in romanına bənzətdi


Orxan Pamuk
Orxan Pamuk
-

Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk bildirib ki, Misirdə baş verənləri diqqətlə izləyir və ordu komandanı Abdel Fattah al-Sisi-nin törətmiş olduğu dövlət çevrilişi ona məşhur yazıçı Gabriel García Márquez-in "Gözlənilən bir qətlin tarixçəsi" romanını xatırladır.

Pamuk bu müqayisəni Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə aparıb.

O, Qərb ölkələrini Misirdəki çevrilişə münasibətdə "öz dəyərlərinə xəyanət etməkdə" suçlayıb:

"O, [al-Sisi] ordunun ölkəyə nəzarəti ələ almasından 2 gün qabaq bütün dünyaya bəyan etmişdi ki, dövlət çevrilişi edəcək. Bütün dünya, xüsusən də Qərb üzünü yana çevirdi və heç nə eşitmək istəmədi"

Misir ordusunun öz xalqına qarşı qətliam törətdiyini deyən Pamuk əlavə edib ki, təkcə ABŞ və Avropa Birliyi yox, ümumilikdə Qərb cəmiyyəti özünü sanki Misirlə bağlı "heç bir öhdəliyi yoxmuş kimi" apardı.

Yazıçıya görə, ərəb inqilablarından sonra bu bölgədə nüfuzunun azalmasına baxmayaraq Qərb ölkələri "yox" deyə, "hərbi çevriliş siyasi münaqişənin həllində vasitə ola bilməz" söyləyə bilərdilər:

"Demokratiya və insan haqları kimi Qərb dəyərləri ya var, ya da siyasi və iqtisadi mənafelərə qurban verilir" - deyə Nobel mükafatçısı Qərbin mühüm siyasi təşkilatlarının hətta baş verməsindən 2 gün sonra da Misir olaylarına "çevriliş" demədiyinə diqqət çəkib.

Misir - Qahirəyə barışıq missiyası ilə gələn Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton ordu komandanı general Abdel Fattah al-Sisi ilə görüşür. 29 iyul 2013
Misir - Qahirəyə barışıq missiyası ilə gələn Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton ordu komandanı general Abdel Fattah al-Sisi ilə görüşür. 29 iyul 2013
XS
SM
MD
LG