-
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatın görə, iclasda prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu ilə İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
Ümumilikdə indiyədək 18 nəfərin namizədliyi irəli sürülüb, onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov, Q. İsaqov və İ. İsmayılovun namizədlikləri təsdiq olunub.
Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.