-
BMT bəyan edib ki, Suriyadakı vətəndaş müharibəsi ölkə əhalisinin 75 faizini evlərindən didərgin salıb və «əsrin ən böyük humanitar fəlakətini» yaradıb. Suriya xaricindəki qaçqınların sayı artıq 2 miyonu keçib, ölkə daxilində isə daha 4 milyon insan köçkünə çevrilib. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı bildirib ki, Suriya 21-ci əsrin ən böyük faciəsidir. Bu arada dünyanın güc paytaxtlarında Suriya rejimi üzərinə hərbi zərbələrin endirilməsi ciddi şəkildə müzakirə olunur.
Britaniya parlamenti ölkənin Suriya münaqişəsinə qoşulması barədə məsələni səs çoxluğu ilə rədd etdikdən sonra belə bu mövzu ətrafında mübahisə və müzakirə aparan səslər kəsilmək bilmir.
Bir sıra millət vəkilləri ABŞ Konqresinin Suriya üzərinə zərbə barədə qərarı dəstəkləyəcəyi təqdirdə Britaniya parlamentində ikinci səsvervəmin keçirilməsini tələb edirlər.
Bu tələblə çıxış edənlər arasında hökumət nazirləri və London şəhərinin meri də var. Bununla belə, istər hökumət koalisiyasında olan liberal-demokratlar, istərsə də müxalif leyboristlər ikinci səsvermənin keçirilməsinin əleyhinədirlər.
LONDONLULAR SURİYA MÜHARİBƏSİNƏ QOŞULMAQ İSTƏMİR
Yeri gəlmişkən, britaniyalılar arasında aparılmış son rəy sorğusu da göstərib ki, ölkə əhalisinin üçdə ikisi Londonun Suriya müharibəsinə qoşulmasını istəmir.
Baş nazir David Cameron hələlik öz sözünü deməyib. O hələ də Suriya məsələsinə dair parlament səsverməsindəki məğlubiyyətinin pərtliyini yaşayır.
Bu pərtliyi Amerikadan alınan bəzi xəbərlər də artırır. Bu günlərdə ABŞ dövlət katibi John Kerry Suriya koalisiyası barədə çıxış edərkən Britaniyanın adını bir dəfə də çəkməyib, əvəzində Fransanı Amerikanın “ən köhnə dost”u adlandırıb.
Amerikanın ən köhnə dostu demişkən, Fransa Suriyaya dair yeni dosye təqdim edib.
Britaniya mətbuatı yazır ki, bu dosye qarşıdan gələn Böyük 20-lərin sammitində Rusiya prezidenti Vladimir Putini divara dirəmək imkanı verəcək.
Müxbirlərin fikrincə, Sankt Peterburqda keçiriləcək sammitdə Qərb ölkələri Vladmir Putini inandırmğa çalışacaqlar ki, Bəşər al-Assad getməlidir.
Fransa kəşfiyyatının açıqlanmış 9 səhifəlik məxfi kəşfiyyat dosyesində deyilir ki, Bəşər al-Assad hökuməti avqustun 21-də Dəməşq ətrafında müxalifət üzərinə adi silahlardan və kimyəvi silahlardan ibarət əlaqələndirilmiş həmlə edib.
NATO-nun baş katibi Anders Fogh Rasmussen də bildirib ki, o nəinki kimyəvi silahdan istifadə məsələsində, həm də bu silahın hökumət tərəfindən istifadəsi məsələsində tamamilə əmindir.
Fransa kəşfiyyatının dosyesində peyk çəkilişlərinə əsasən bildirilir ki, kimyəvi silahlar hökumətin nəzarəti altında olan ərazilərdən müxalifətin nəzarətində olan ərazilərə atılıb.
Bu arada Suriya prezidenti Bəşər al-Assad Fransanın Le Figaro qəzetinə müsahibəsində hökumətin kimyəvi silahlara əl atdığı barədə iddiaları bir daha rədd edib. O deyib ki, bu ittihamların irəli sürənlər sübut göstərməlidirlər.
Cənab Əsəd həmçinin deyib ki, bu gün Yaxın Şərq barıt çəlləyidir və Qərbin Suriyaya ilk zərbəsi bu çəlləyi partladacaq və bundan sonra yaranmış vəziyyəti kimsə nizamlaya bilməyəcək.
Onun fikrincə, əsil regional müharibə onda başlanacaq.
Sayta hazırladı: Zülfüqar Rüfətoğlu