-
Artıq gələn ildən nüfuzlu “Man Booker” mükafatına dünyanın istənilən ölkəsinin yazarı ingiliscə yazdığı nəsr əsərini göndərə bilər.
Mükafat Fondunun rəhbəri Jonathan Taylor deyib ki, onlar “çoğrafi və milli çərçivələrdən kənara çıxırlar”.
Xatırladaq ki, “Buker” mükafatı 1969-cu ildə təsis edilib. Hər il təşkil edilən bu müsabiqədə indiyəcən, Millətlər Birliyinə daxil olan 50-dən çox ölkənin (onların əksəriyyəti keçmiş Britaniya müstəmləkəsidir: Avstraliya, Kanada, Hindistan, Cənubi Afrika Respubliskası və s.), eləcə də İrlandiya və Zimbabvenin yazıçıları ingiliscə yazdıqları nəsr əsərləriylə iştirak etmək hüququna malik idi.
Təxminən 80 min dollar məbləğində olan mükafatla bağlı dəyişikliyin əsas özəlliyi onun bundan sonra Amerika kimi nəhəng ingilisdilli ölkəyə açılmasıdır.
Təşkilatçılar mükafatı dünyanın bütün ölkələri üçün əlyetərli etmək barədə müəlliflər, nəşriyyatlar və kitabçılarla məsləhətləşmələri 2011-ci ildən başlamışdılar.
Amma bu yeniliyə münasibət birmənalı deyil.
İndiyəcən “Booker”in əsas özəlliyi o olub ki, hər bir münsif bütün təqdim edilən əsərləri oxuyub. Çoğrafiyanın genişlənməsi isə, bəzilərinin fikrincə, müsabiqəyə göndərilən əsərlərin sayını xeyli artıra, bu isə qiymətləndirmə işinin keyfiyyətini aşağı sala, hətta onu mümkünsüz edə bilər.
Bu qərarın “Folio” mükafatının yaradılmasına reaksiya olduğunu deyənlər də var. Həmin mükafat bütün ölkələrin ingiliscə yazan müəlliflərinə açıqdır.
“Booker” kitab bazarına əhəmiyyətli dərəcədə təsir edir. Ötən il mükafatın Hilary Mantel-ə verilməsi elan ediləndən sonrakı həftədə təkcə Britaniyada onun "Bring Up The Bodies" romanının 10 mindən çox nüsxəsi satılmışdı.
İndiyəcən Azərbaycan yazıçılarının yalnız Beynəlxalq "Booker" mükafatı uğrundan mübarizə aparmaq hüququ vardı.
Həmin mükafat (dəyəri təxminən 95 min dollar) əsərini doğma dilində yazsa da, ingiliscəyə çevirtdirərək çap etdirmiş yazıçıya da verilə bilər.
Amma iki ildən bir verilən həmin mükafatda məqsəd yazıçının bir romanına qiymət verməkdən daha çox onun ümumən bütün yaradıcılığına dəyər verməkdir.
BBC-yə istinadla oxuzali.az