-
Mən İstanbulun demək olar bütün aparıcı kitab evlərində oldum, bircə azəri yazıçının da kitabını görmədim...
Bəzən bizdə mükafat almaq yox, mükafatın adına “söz çıxartmaq” azarımız göz deşir...
Fərid Hüseyn
ŞOKOLADLI KİTABLAR...
“Azərbaycanın Çexovu”, “Azərbaycanın Kafkası”, nə bilim “Azərbaycanın Pamuku” deməklə, biz yazıçılarımızı heç də hörmət mərtəbəsinə qaldırmırıq.
İndiki ədəbi reallıqda bu cür ucuz bənzətmələr, bu cür “oxşamalar” alman malının, eyni markada Çində istehsalı qədər ucuz qiymətdir yazıçılar üçün. Pis cəhət nədir, pis cəhət odur ki, bizim yazıçıları kiməsə bənzədəndə, onu böyük yazıçıların “Azərbaycan variantı” adlandıranda ürəklərinə yağ kimi yayılır. Suyunun, susyunun, suyuna çəkilməklə biz nə qədər təmiz görünürük? Bu təxminən “Azərbaycanlı Şaban” qədər biabırçı bir şeydir. Bir də belə sölərdən əriyənlər düşünməlidir ki, görəsən, Yusif Səmədoğluna niyə Azərbaycanın Bulqakovu demirlər?!
***
Türkiyədə yazıçılarımızın kitabları çap olunur. Amma mən İstanbulun demək olar bütün aparıcı kitab evlərində oldum, bircə azəri yazıçının da kitabını görmədim. Bir də anlamaq lazımdır ki, yazıçının kitab evində kitabıyla bərabər adı da olmalıdır. Yəni, üç beş nəfər o kitab evinə onun adını tutub gəlməlidir. Qəribədir ki, eninə inkişaf bizi “ağ şey” kimi qıracaq. Bu yaxınlarda dünya səviyyəli ödüllərin şərtlərini dilimizə çevirəndə diqqətimi bir cəhət çəkdi: Beynəlxalq mükafat alan yazıçıların bir çoxu ilk ciddi pul məbləği olan mükafatını alanda əsərləri cəmi 2-3 dilə tərcümə edilibmiş. Bizim ədəbi mühitdə isə kimin kitabının, türkün məsələsi, arxasını çevirib tərcümeyi-halına baxırsan, əsərləri azı 5-6 dilə çevrilib.
Bizdə “dəniz səviyyəsi”nin bu qədər aşağı olması da biabırçılıqdı.
***
Bizim yazarların bir bəlası da mükafatlarla bağlıdır. Bir var mükafat almaq istəyi, bu çox yaxşı hissdir, yazıçının qiymətləndirilməsi yaxşı haldır. Bir də var, adının almaq istədiyin mükafatla qoşa çəkilməyini istəmək. Bu təxminən ona bənzəyir ki, gözün düşən qadının adına söz çıxardırsan. Bəzən bizdə mükafat almaq yox, mükafatın adına “söz çıxartmaq” azarımız göz deşir.
***
Təzəlikcə böyük, şokolad qutularına bənzər qutularda kitab çap etdirmək moda minib. Bu cür ağır kitabların çapına gedən pula, başqa dillərdə mələyə-mələyə qalan onlarla qiymətli əsəri tərcümə və çap etdirmək olar. Özü də bəla orasındadır ki, bu cür “şokoladlı kitablar”ı buraxdıranların bir çoxunun hansısa beynəlxalq aləmə, o kitabın çapını və poliqrafik icrasını nümayiş etdirməyə, dünya çaplı sərgilərə çıxışı da yoxdur ki, çap etdirdiyi “şokoladlı kitab”a poliqrafik icrasına görə məşhur naşirlər qiymət qoyalar. Sadəcə üç-beş adam üçün bu boyda zurna-balabanı nəşr etdirib, özlərini də zülümə salırlar, nəşriyyat direktorunun ciblərini restoran müdiri kimi şişirdirlər, oxucuya da ki, bir qətrə xeyri-filan yox.
Necə deyərlər, Allah baiskarın evin yıxsın və sonumuzu xeyir eləsin.
Qafqazinfo