Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:40

Mo Yan yenə senzuradan danışdı


Mo Yan
Mo Yan
-

“Senzura yazıçılara qadağan olunmuş zonalara nüfuz etmək üçün motivasiya verir”.


Bunu Nobel mükafatlı Çin yazıçısı Mo Yan Honkonqun “South China Morning Post” qəzetinə müsahibəsində deyir.

Ötən il Nobel mükafatını almaq üçün getdiyi Stokholmda o, “senzura hava limanındakı təhlükəsizlik yoxlaması kimi vacibdir” deyərək bir çoxlarını təəccübləndirmiş və bəziləri bunu Mo Yanın “rejimin adamı” olmasının daha bir sübutu adlandırmışdı.

Pekin ətrafındakı yeni mənzilində Honkonq qəzetinə danışan 58 yaşlı Mo Yan bildirir ki, o, yazıçılığa 1980-ci illərdə başlayıb: “1980-ci illər ədəbiyyat üçün qızıl dövr idi. O dövrün xiffətini çox çəkirəm. O zaman yazıçıların toxunmağı xoşladığı çoxlu tabu mövzular vardı. Onların bu istəyi kreativlik və təxəyyül üçün ilham mənbəyi idi”.

Amma Mo Yanın sözlərinə görə, o heç də demək istəmir ki, bu tabular yaxşı ədəbiyyat nümunələrinin artmasına təkan verib. “Yeri gəlmişkən, mən heç zaman belə şey deməmişəm. Sadəcə, o dövrün gerçək mənzərəsini cızıram”.

Mo Yan düşünmür ki, yazıçı sosial problemlər haqda yazmaqdan qaçmalıdır: “Amma digər tərəfdən, mən həm də hesab etmirəm ki, ağır və mürəkkəb sosial problemlərdən yazmaq yazıçının borcudur”.

Onun fikrincə, hər bir qələm adamı özü qərar verməlidir ki, hansı mövzuda daha yaxşı yazmaq iqtidarındadır.

“Nobel mükafatı dincliyimi pozub”. Bunu isə Mo Yan həyatının son bir ili haqda deyir. Yazıçının sözlərinə görə, ona ən müxtəlif müraciətlər olur, hamısına cavab verməyə çalışır, amma bu elə də asan deyil: “Dünyada müftə heç nə olmur. Mən Nobel mükafatını qazandım və bu şöhrətin sevincini yaşadım. İndi bunun bədəlini ödəməliyəm. Mən bunu ədalətli sayıram”.

16 sentyabr
South China Morning Post
XS
SM
MD
LG