Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:54

AYB-nin Əliyevə dəstək bəyanatına yazıçıdan etiraz


Zümrüd Yağmur
Zümrüd Yağmur
-

Azərbaycan Yazıçılar Birliyi adından bu seçkidə İlham Əliyevə dəstək verdikləri barədə yayılan bəyanat elə qurumun öz daxilindən etirazla qarşılanıb.

AYB-nin üzvlərindən biri, yazıçı Zümrüd Yağmur bu bəyanata qarşı çıxdığını açıqlayıb. O, mövqeyini Facebook səhifəsində paylaşıb.

"Yazarlar Birliyi seçkilərdə İlham Əliyevi dəstəklədikləri haqqında bəyanat veriblər. Maraqlıdır, yuxarının sifarişi ilə bu bəyanatı hazırlayıb altından da imza atanlar mənim adımdan niyə belə bir qərarı vermək haqqını özlərinə veriblər?! Mən də o qrumun üzvüyəm və qətiyyən İlham Əliyevi dəstəkləmirəm...

Mən bu gündən bu qurumun üzvü deyiləm. Yaxın zamanda rəsmi şəkildə ərizəmi yazıb bu qrumun sıralarını tərk edəcəyəm.

Çünki mən İlham Əliyevi dəstəkləmirəm və Anarın yalanlarına şərik olmaq istəmirəm", - deyə bir neçə romanın müəllifi olan xanım yazar qeyd edib..

azadlıq.info
XS
SM
MD
LG