-
Astara mərkəzi kitabxanası hər il uşaq kitabı bayramı keçirir. Daha çox kitab oxumuş məktəbli uşaqlara hədiyyələr verilir. Mərkəzi kitabxana bu günlər növbəti - sayca 6-cı kitab bayramını keçirdib. Bu bayramda mərkəzi kitabxananın önündə uşaq ədəbiyyatının nümunələri nümayiş etdirilirdi. Rayon uşaq kitabxanasının direktoru Növrəstə Məmmədova deyirdi ki, belə tədbirlər uşaqlara müsbət təsir edir:
166 KİTAB OXUYUB...
Astara mərkəzi kitabxanası hər il uşaq kitabı bayramı keçirir. Daha çox kitab oxumuş məktəbli uşaqlara hədiyyələr verilir. Mərkəzi kitabxana bu günlər növbəti - sayca 6-cı kitab bayramını keçirdib. Bu bayramda mərkəzi kitabxananın önündə uşaq ədəbiyyatının nümunələri nümayiş etdirilirdi. Rayon uşaq kitabxanasının direktoru Növrəstə Məmmədova deyirdi ki, belə tədbirlər uşaqlara müsbət təsir edir:
«BİR İL ƏRZİNDƏ BİZ 350-400 YENİ KİTAB ALIRIQ»
«Mərkəzləşdirilmiş kitabxana sistemi Astara şəhəri, kənd və qəsəbələrində yaşayan uşaqlara kitabxana xidməti göstərir. Bir il ərzində biz 350-400 yeni kitab alırıq. 2012-ci ildə respublika uşaq kitabxanasından bizə 1000 ədəd kitab hədiyyə edilib. Çalışırıq ki, rayonun uşaqlarını kitabxanaya cəlb edək. Tədbirlər vasitəsi ilə, məktəblərə gedib onlara kitabxanaya cəlb etməyə çalışırıq. Hazırda kitabxana fondunda 25 min nüsxə kitab var. Oxucuların sayı 1500-dir».
Məktəbli uşaqlar nümayiş etdirilən kitabları nəzərdən keçirdirlər. Astara şəhər bir nömrəli orta məktəbin 5-ci sinif şagirdi Səfa Məmmədova uşaq jurnalların az olduğunu deyir. Son illərdə isə uşaq ədəbiyyatlarına aid kitabların artdığını da dillə gətirir:
«DÜNYANI KOMPÜTER BÜRÜSƏ DƏ...»
«Mən kitabları çox sevirəm. Dünyanı kompüter bürüsə də, kitab olmasa bir şey bilmərik».
166 KİTAB OXUYUB...
Məktəbli uşaqlar mərkəzi kitabxananın akt zalına dəvət olunurlar. Mərkəzi kitabxana sistemin direktoru Nazim Fərəməzov ən çox kitab oxuyan 18 məktəbli uşağa saat və fəxri fərman veriləcəyini deyir. Birinci mükafat təqdim olunur. Mükafatı Nazim Fərəməzov təqdim edir:
«166 kitab oxuyub. Şəhər bir nömrəli orta məktəbini alqışlayın. 166 kitab oxumaq çətin məslədir. 2013-cü ildə ən fəal oxucu olduğuna görə həm Mərkəzi kitabxana sistemin fəxri fərmanı, həm də qol saatı ilə təbrik edirik».
Ən çox uşaq ədəbiyyatı oxuyan məktəblilər təbrik olunurlar. Azərbaycan Yazıçılar Birliyin üzvü şair Aqil Yaqub bu tədbiri müsbət qiymətləndirir. Onun deməsinə görə, bu illər ərzində Azərbaycan xalqı kitabdan ayrı düşmüşdü. Kitab oxuyanların sayı azalırdı. O deyir ki, kitabı məktəbli uşaqlara sevdirmək vacibdir:
«KİTAB ƏXLAQIMIZIN, MƏNƏVİYYATIMIZIN FORMALAŞMASINDA ƏVƏZSİZ XİDMƏT GÖSTƏRİR»
«Mərkəzi kitabxanada keçirilən bu tədbir mövsümü xarakter daşımır, həmişə keçirilir. Kitab həyatımızın əvəzsiz nemətidir. Kitab əxlaqımızın, mənəviyyatımızın formalaşmasında əvəzsiz xidmət göstərir. Uşaqlar üçün kitab bayramı həmişə keçirilməlidi».
Astara şəhər bir nömrəli orta məktəbin dil ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva Azərbaycan xalqının inkişafını kitab oxumaqda görür. Onun fikrincə, hansı xalq kitab çox oxuyursa, mütaliə edirsə o xalq heç vaxt geridə qalmır:
«Azərbaycanda fəal oxucuların sayı nə qədər çoxalarsa, eyni zamanda məktəbdə tədrisin səviyyəsi yüksələcək. Azərbaycan gəncliyi daha savadlı, fəal olacaq».
Astara rayonunda bir mərkəzi, 76 kənd kitabxanası var. Fondlarda 421 min 458 nüsxə kitab toplanıb. Verilən rəsmi məlumata görə, oxucuların sayı 28 min 458 nəfərə çatır. İl ərzində rayonda 480 nüsxə kitab oxunur.
YENƏ ŞİŞİRTMƏ?
İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, oxucuların sayı şişirdilib. Onun sözlərinə görə, rayonda bu qədər kitab oxuyan var idisə kitab mağazaları da olmalı idi. O deyir ki, sovet dövründə rayonda 2 kitab mağazası olub. İndi kitab mağazalarından biri də yoxdu. İqtisadçı hesab edir ki, iş adamları kitab satışını həyata keçirə bilərlər. Vidadi Mirzəyev deyir ki, indi əslində kitab mağazası açmaq iqtisadi baxımdan əl vermir. Çünki oxucu qıtlığı var, kitab alan yoxdur. Onun fikrincə əhalinin başı gündəlik çörək pulu qazanmağa qarışıb.
Qonşu rayonlarda da kitab mağazaları yoxdur. Lənkəran şəhərində 50 min nəfərdən yuxarı əhali yaşasa da bir dənə də olsun kitab mağazası fəaliyyət göstərmir.