Son 3 gün ərzində Moskvanın Biryulevo rayonunda baş verən hərc-mərclik zamanı azı 1200 miqrant saxlanıb.Bu barədə agentliklər Daxili İşlər Nazirliyinə istinadla xəbər verirlər.
Polis rayondakı tərəvəz bazası və yerli bazarda reyd keçirib, baza bağlanıb.Hərc-mərclik zamanı 8 polis də daxil olmaqla 23 nəfər xəsarət alıb.
Bütün bunlar yerli sakin Yeqor Şrbakovun qatilinin tapılması tələbi ilə keçirilən aksiyadan sonra baş verib.Radikal aksiyaçılar mağazaları qarət edib, maşınları aşırıb,millətçi şüarlar səsləndirib və miqrasiya haqqında qanunun kəskinləşdirilməsini tələb ediblər.Yerli sakinlər hesab edir ki, Şerbakovu qafqazlı öldürüb.
Daxili işlər naziri Vladimir Kolokoltsev bu bazalar, baş verənlərin araşdırılması, qatilin tapılmasını və şəhərdə qayda-qanununun tezliklə bərpa edilməsini göstəriş verib.
Rusiya Müftilər Şurasının sədr müavini Rushan Abbyasov millətindən aslı olmayaraq bütün Moskva gənclərini zorakılıqdan qaçmağa, bunun qarşısını almağa çağırıb.
Həmin bazalarda əsasən Orta Asiya və Qafqazdan olan immiqrantlar işləyir.