-
İranın yeni mədəniyyət naziri Ali Jannati əvvəlki prezident Mahmud Ahmadinejad dövründə olan kitab senzurasını pisləyib.
O deyib ki, əgər senzorların imkanı olsaydı, “Quran”ı da qadağan edərdilər.
Amma bu heç də o demək deyil ki, İrandakı senzura ləğv edilir. Sadəcə, müəyyən yumşalma ola bilər. Jannati onu da bildirib ki, onlar yenə də “problemli kitabların cəmiyyəti zəhərləməsinə” imkan verməyəcəklər.
İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei də əvvəllər “zərərli kitablar” barədə fikir bildirib.
"POEZİYADA ALLAHSIZLAŞDIRMA"
İranda yazıçılar, tərcüməçilər və naşirlər hansısa kitabı çap etmək istəyirlərsə, bürokratik “labirint”dən keçməli, yəni Mədəniyyət Nazirliyinin “xeyir-dua”sını almalıdırlar.
Bütün kitablar senzorların oxuması üçün Mədəniyyət Nazirliyinə göndərilməli, onlar yazılan və yazılmayan qaydalar əsasında, həm də özlərinin həmin qaydaları necə təfsir eləməklərindən asılı olaraq kitabın çapa yararlı olub-olmaması barədə qərar verməlidirlər.
“Anti-İslam”, “əxlaqsız”, “dövlətin təhlükəsizliyinə zərər vuran” kitablar dərhal qadağan edilir. Bəzi kitablardansa ya hansısa “problematik” sözlər, yaxud fəsillər çıxarılır. Kitablar çap ediləndən bir neçə il sonra da qadağan edilə bilər.
Kitabları bir, yaxud bir neçə sensor oxuyur. Məlumatlara görə, senzorlar xüsusi proqramlardan istifadə edərək, mətndə, məsələn, qadın bədən əzalarının adları və s. kimi sözləri axtarırlar. Kitabın oxunması, müəlliflə kontaktlar, get-gəl həftələrlə, aylarla, bəzən hətta illərlə davam edə bilər.
Naşirlər bildirirlər ki, son illərdə senzura çox sərtləşmişdi. İranı üç il qabaq tərk etmiş şairə Sepideh Jodeyri deyir ki, yeni nazir Jannati-nin əvvəlki prezidentin dövründəki senzura haqda fikirləri reallığı əks etdirir:
“Biz bu prosesə “Poeziyada allahsızlaşdırma” deyərdik. Bizim öz şeirlərimizdə Allahı müzakirə etmək haqqımız yoxdur. Allaha alqış etsək belə. Senzura ilə məşğul olanlar düşünürlər ki, yalnız onların “inqilabi dəyərlərə sadiq” saydıqları şairlər Allah haqqında danışa bilərlər”.
GİZLİ MƏNA AXTARIŞI
Jodeyi deyir ki, onun bir il əvvəl İranda çap etdirdiyi kitabdan 19 səhifə çıxarılıb. Amma senzorların “qılıncının altından keçəndən” sonra da problemlər bitməyib. Kitab çap ediləndən sonra Təhlükəsizlik Nazirliyi nəşriyyata xəbər göndərib ki, kitabın yayımı dayandırılmalıdır.
Jodeyri-nin sözlərinə görə, belə bir qərarın niyə verildiyi onun özünə də aydın deyil. Senzorlar bəzi şeirləri onun kitabından niyə çıxardıqlarının səbəbini də deməyiblər. O düşünür ki, səbəb – senzorların həmin şeirlərin gizli mənaya malik ola biləcəyindən ehtiyat etmələridir:
“Dili sadə olan şeirlərin müəllifləri – bunlar senzorlar üçün asan başadüşüləndir – son illərdə daha tez çap icazəsi ala biliblər. Amma elə ki şeirlər senzorlar üçün mürəkkəb oldu, mənasını asanlıqla anlaya bilmədilər, onda onların çapı da çətinləşib”.
Adının çəkilməsini istəməyən bir tehranlı naşir deyib ki, ədəbiyyat sahəsindəki senzura prosesi təzadlarla doludur.
TƏZADLAR
Məsələn, yazıçılara “alkoqol” sözü işlətmək qadağandır, onlar bunu ya “sərinləşdirici içki”, ya da ümumiləşdirilmiş mənada “içki” ilə əvəz etməlidirlər. Amma bununla yanaşı bəzi spirtli içkilərin adları senzuradan keçir. Məsələn, konkret viski, şərab brendləri. Hətta bəzi hallarda alkoqolun ziyanından danışan abzaslar da kitablardan çıxarılıb.
“Siqaret çəkmək” ifadəsi də bəzi hallarda ixtisar edilib. “Rəqs” sözü də qadağandır. Hətta söhbət müsiqi sədaları altında rəqs etməkdən getmirsə, məsələn, “sevincindən atılıb-düşüb oynadı” ifadəsi işlədilirsə, o da senzuradan keçmir.
Senzorların qayçıladığı sözlərdən biri də “İsrail”dir.
İranlı professor və tanınmış siyasi şərhçi Sadedgh Zibakalam keçən il bildirmişdi ki, Mədəniyyət Nazirliyi onun “İsrailin doğuşu” adlı kitabına çap lisenziyası verməkdən imtina edib.
Onun sözlərinə görə, İran rəsmilərinin “sionist rejim” dedikləri İsrailə kitabda fərqli yanaşma sərgilənir.
“Onlar bizə deyirlər ki, İranda çap edilən kitabda “İsrail” sözü Amerika prezidentinin dilindən səslənə bilməz” – deyə yazar Mehdi Shojayi 2011-ci ilin oktyabrında verdiyi müsahibədə bildirmişdi.
Bundan əvvəlki müsahibələrində Shojayi İrandakı senzuranın absurdluğu haqda daha ətraflı danışmışdı.
“Əsərlərimdən birini yoxlayarkən mənə dedilər ki, “firon” sözü olan cümləni çıxarmalıyam. Mən səbəbini soruşdum. Dedilər ki, bu, təkallahlılığa qarşıdır. Mən də dedim ki, firon təkallahlılığın lehinə danışmalıydı ki?”
Tanınmış alim Abbas Milani-nin kitabı da İranda senzuraya məruz qalıb.
"MƏDƏNİYYƏT AXMAQ SENZORLARA QALİB GƏLƏCƏK"
Onun “İranlı Sfinks” kitabı 1965-77-ci illərdə baş nazir olmuş Amir Abbas Hoveyda-nın həyatı və faciəvi ölümü haqdadır.
Kitabın çapına keçmiş prezident Mohammad Khatami dövründə icazə verilsə də və kitab 20-dəfə təkrar nəşr edilsə də, Ahmadinejad dövrünün senzorları onu qadağan ediblər.
İran hökuməti Milanini kitabları “dövlətə qarşı olan” müəlliflər siyahısına salmışdı. Onun “Şah” adlanan sonuncu əsəri də İranda qadağan edilmişdi.
Senzorlarla mübarizə aparmaq və iranlı oxucular üçün əlyetərli eləmək üçün Milani əsərinin mətnini öz İnternet saytına yerləşdirmiş, əsər 40 min dəfədən artıq yüklənmişdi.
Milaninin sözlərinə görə, nəhayət ki keçən həftə məmurlar onun naşirinə deyiblər ki, kitabın çapı mümkün ola bilər. Əgər o, bəzi bölümlərin senzura edilməsinə razı olarsa. Bu qərar o zaman verilib ki, artıq Milani öz kitabını pulsuz yayıb və özünü leqal şəkildə kitab çap edib gəlir götürməkdən məhrum edib.
“İnformasiya əsrində, hökumət insanların hansı kitabları oxuyub-oxumasına qərar verə biləcəyini düşünməməlidir” – deyən Milani inanır ki, mədəniyyət həmişə “axmaq senzorlar”a qalib gələcək.