-
Azərbaycan prezidentinin təsdiqlədiyi Yeni Təhsil Strategiyasının mətni bu gün – oktyabrın 25-də ölkə mediasında diqqətə yetirilib. AzadlıqRadiosu ilkin rəylərlə maraqlanıb.
Astaranın Ovala kənd məktəbinin rus dili müəllimi Qafur Baxşıyevin diqqətini çəkən yalnız maaş artımı barədə yazılanlar olub. Oxuyub, strategiyadakı artım faizini bölüb-çıxaraq, 400 manata yaxın maaş alacağını gümanlaşdırınca... sevinib:
«Tam da olmasa, nisbətən yaxşı olacaq. Müəllim indi aldığı pulla şagirdin istədiyi təhsili verə bilmir. Maaş az olduğundan müəllimin fikri qıraqda qalır. Fikirləşir ki, haradan pul qazansın, ailəsini necə dolandırsın, aylıq xərclərini necə qarşılasın. Ailədə 6 nəfərik. Təkcə mən işləyir, ayda 200 manat maaş alıram».
ŞƏXSİYYƏTYÖNLÜ TƏHSİL
Yeni strategiyanın 8 bölməsi var. Sənəddə təhsilin məzmunundan tutmuş, müəllimlərin maaşına, təhsil müddətinin artırılmasına, dövlət və özəl təhsil müəssisələrinə qəbul planının ləğv edilməsinədək bir çox sahələrdə müxtəlif dəyişikliklər vəd olunur.
Məqsəd – ən yeni texnologiyalardan yararlanmaq, uyğun infrastruktur yaratmaq, müəllimlərin ixtisas səviyyəsini və şəraitini çağın tələblərinə uyğunlaşdırmaq, rəqabətədavamlı bir təhsil sistemi qurmaqdır. Təhsilin şəxsiyyətyönlü olmasına ayrıca diqqət yetirilməsi də yeni strategiyanın yaddaqalan məqamlarından sayıla bilər.
Sənədin 5-ci bəndində müəllimlərin əməkhaqqını və hər şagirdə ayrılan illik xərcləri 2 dəfəyədək artırmaq nəzərdə tutulur. Artımın hər iki halda adambaşına düşən ümumdaxili məhsula nisbətdə mərhələlərlə aparılması prinsipi əsas götürülür.
«ORDA YENİ MƏSƏLƏLƏR OLSA DA»
Təhsil eksperti Nabatəli Qulamoğlu Yeni Təhsil Strategiyasının məzmunu ilə tanış olmağa ayırdığı vaxta heyfsilənir:
Ekspert sənəddəki «təhsil insanın maddi rifahına xidmət etməlidir» kimi yenilikləri bəyənir və dərhal da əlavə edir:
«Azərbaycan təhsilinə yeni gətirilən bu məsələ dünya təhsilində çoxdan var».
«ÖLÜ BİR SƏNƏD OLARAQ QALACAQ»?
Nabatəli Qulamoğluna görə, pafoslu vədlərdən sonra müəllim maaşının mərhələlərlə 2 dəfəyədək artırılmasının qeyd olunması sənədin təhsildəki problemləri yenə də həll etməyəcəyini aydın göstərir:
«Yəqin ki, sənəddə deyilən maaş artımı da inflyasiya üçün nəzərdə tutulub. «Təhsil haqqında» Qanunda bu yazılanların hamısı var. Bu, sadəcə, görüntü yaratmaq üçündür. «Təhsil haqqında» Qanun 5 il süründürməçilikdən sonra biabırçı bir şəkildə qəbul olundu. Təhsil strategiyası da iki il əvvəl müəllimlərə əlavə statuslar verilməsi ilə bağlı sərəncam kimi ölü bir sənəd olaraq qalacaq».
«MÜDDƏT GÖSTƏRİLMƏDİYİ ÜÇÜN»
Müəllim maaşlarının təxminən 2 dəfə artırılması barədə yazılanlara Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl aydınlıq gətirmək istəyir. Onun fikrincə, verilən təhsilin nəticələrinə uyğun maaş artımı nəzərdə tutulur. İqtisadçı belə düşünür ki, strategiyanın gerçəkləşdirilmə müddəti göstərilməyibsə, deməli, müəllimlərin maaşı ömürlərinin sonunadək cəmi iki dəfəyədək arta bilər:
«Strategiyanın müddəti olmalıdır və bilinməlidir ki, bu 2 dəfəyə qədər artım hansı illərədək baş verəcək. Yəni, bizim ömrümüzün axırınadək, təhsil nazirinin, yoxsa prezidentin ömrünün axırınadək? Müddət göstərilmədiyi üçün müəllimlərin maaşının mərhələlərlə artımının vaxtı bəlli deyil. Ötən illərdə dövlət büdcəsinin 20-30 faiz artan vaxtları vardı. 2014-cü ilin büdcə bölgüsündə belə artımın qaynaqları görünmür. Maaşlar, onsuz da, hər il 10 faiz artır və bu da 6-7 ilə gəlib, az qala, 2 dəfə olur. Onda sual doğur ki, bu strategiyaya nə ehtiyac vardı? Yəni, olan şeyləri strategiyaya əlavə etmək baş qatmaq kimi bir şeydir».
«BELƏ NƏTİCƏ ÇIXIR Kİ...»
Zöhrab İsmayıla görə, strategiyadakı maaş artımı o deməkdir ki, Astaranın Ovala kənd məktəbində 200 manat maaş alan rus dili müəllimi Qafur Baxşıyevin maaşı tez bir zamanda deyil, strategiyanın sonunadək 400 manat olacaq.
İqtisadçı strategiyanın məqsəd və istiqamətlərinin də bir-birinə uyğun gəlmədiyini düşünür:
«Fikir verin, qeyd olunur ki, bu strategiya iqtisadiyyatın biliklərə dayanmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcək. Amma nə ilə? 10 faiz maaş artımı iləmi?».
Zöhrab İsmayılın fikrincə, yeni təhsil strategiyasından belə nəticə çıxır ki, müəllimlər 400 manat maaş alanda, Azərbaycan təhsili dünya ölkələri arasında öncül mövqelərə çıxacaq...

«Səhər-səhər, qeydlər apara-apara, oxudum, amma ona sərf etdiyim vaxta peşman oldum. Çünki strategiyada yazılanlar boş söz yığınıdır. Orda yeni məsələlər olsa da, sənədin ruhundan bilindi ki, bu, təhsillə bağlı cəmiyyətdəki ajiotajı yatırmaq məqsədi güdən sənəddir».