Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:33

Müxalifətyönlü mətbuatın aqibəti necə olacaq? [Video]


-


-
Media məsələləri üzrə ekspert Qulu Məhərrəmli «İşdən Sonra» verilişində müxalifətyönlü qəzetlərin bağlanmaq təhlükəsi ilə üzləşməsinə münasibət bildirib:

«Tənqidi mətbuatın düşdüyü bu situasiyaya təəssüflənirəm. Belə qiymətləndirmək olar ki, yaranmış vəziyyət söz və mətbuat azadlığını daraltmağa yönəlib. Məqsəd əhalinin alternativ informasiya mənbələrini məhdudlaşdırmaqdır.

Mən demirəm ki, bu qəzetlər idealdır. Qəzetçi də səhv edə bilir. O yerdə ki, məlumat almaqla bağlı ciddi problemlər var, həmin yerdə qəzetçilərin səhvi də gözləniləndir.

Ansamblı oynadan sehrli bir əl var. Bu, tənqidə dözümü olmayan məmurların, qurumların işidir. İnformasiya meydanını daraltmaq söz və mətbuat azadlığına qəsddir. Mən düşünmürəm ki, yaranmış situasiya hakimiyyətə baş ucalığı gətirir. Bu durum beynəlxalq təşkilatların əlinə daha bir əsas verir. Mən hesab edirəm ki, «Azadlıq» qəzeti yoxdursa, Azərbaycanda alternativ məlumat mənbəyi yoxdur…».
XS
SM
MD
LG