Türkiyədə səfərdə olan Azərbaycan prezident İlham Əliyev həmkarı Abdullah Gül ilə birlikdə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olublar. Prezidentlər əvvəlcə şirkətin uçuş qülləsindən “HÜRKUŞ” əsas təlim təyyarəsinin və “T129” hücum helikopterinin təlim uçuşlarını izləyiblər. 1984-cü ildə təməli qoyulan və Amerika-Türkiyə birgə layihəsi olan Türkiyə Aerokosmik Sənayesi Şirkəti isə Türkiyə Hava Qüvvələrinin tələbatını ödəmək məqsədilə fəaliyyətə başlayıb. İlk vaxtlarda əsas məqsəd “F-16”ların istehsalına başlamaqla təyyarə sistemlərinin inteqrasiyasına nail olmaq və uçuş testlərini apardıqdan sonra döyüş təyyarələrini hava qüvvələrinin istifadəsinə vermək idi. President.az saytının yaydığı fotoları təqdim edirik
İlham Əliyev döyüş təyyarələri ilə tanış olub- [Fotolar]
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman