Gürcüstanla Moldova Vüilnüsdə keçirilən Şərq Tərəfrdaşlığı sammitində Avropa Birliyi ilə asosasiv sazişi paraflayıblar.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramında məqsəd Keçmiş Sovet respublikalarını Avropa Birliyinə yaxınlaşdırmaqdır.
Avropa rəsmiləri bundan əvvəl Ukraynanın son anda prosesi dayandırmasından təəssüf bildiriblər.Amma Avropa qapıların Ukraynaya açıq olduğunu bildirib.
Ukraynanın bu qərarı Şərq Tərəfdaşlığı proqramına ağır zərbə kimi qiymətləndirilir. Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova daxildir.
Polşanın xarici işlər naziri Radek Sikorski sammitdən əvvəl jurnalistlərlə hər bir ölkənin məsələyə öz yanaşması olduğunu deyib.
Sammitdə Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanması nəzərdə tutulub.