Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:56

Vladimir Putin: «Biz Qafqazdan getmək fikrində deyilik, əksinə…»


Putin Gümridə çıxışı zamanı, 2 dekabr 2013
Putin Gümridə çıxışı zamanı, 2 dekabr 2013
-

Yerevanda Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri və Ermənistanın Gömrük İttifaqına girməsinə etiraz olaraq hökumət binasına yürüş edən müxalifətçilərin qarşısı polis tərəfindən alınıb.

Hökumət binasına gedən yol bağlanıb və polis kordonunu yarmaq istəyən bir neçə aksiyaçı saxlanıb.

Müxalifətçilər hökumət binasına Azadlıq meydanında mitinq keçirəndən sonra yönəlmişdilər. Amma yolları kəsilsə də aksiyanı davam etdirirlər.

Onların əllərində “Müstəqil, azad Ermənistan”, “Serjik, get!”, Kiyevdə mitinqlərini davam etdirən avrointeqrasiya tərəfdarlarına dəstək ifadə edən Ukrayna bayraqları, eləcə də bir müddət qabaq qəza törətdiyi üçün Moskvada tutulan və məhkəməyə qadın xalatında gətirilmiş erməni sürücünün alçaldılmasına işarə edən rəngbərəng xalatlar var.

Putin Ermənistanda 1 gün olacaq.

O əvvəlcə Ermənistan prezidenti Sarkisian-la birlikdə Gümridəki rus hərbi bazasına baş çəkib.

Orada rus-erməni regionlararası forumu da keçirilir.

Putin forumda çıxışı zamanı deyib ki, “Rusiya Qafqazdan getmək fikrində deyil, əksinə regiondakı mövqelərimizi daha da gücləndirəcək”.
Yerevanda Putinin səfərinə qarşı etirazlar, 2 dekabr 2013
Yerevanda Putinin səfərinə qarşı etirazlar, 2 dekabr 2013

Bu sözlər alqışlarla qarşılanıb.

Putin alqışlardan sonra əlavə edib: "Əcdadlarımızdan bizə qalan bütün yaxşı ənənələrə əsaslanaraq - regionun bütün dövlətləri, o cümlədən Ermənistanla xoş münasibətlərə əsaslanaraq Qafqazdakı mövqelərimizi gücləndirəcəyik".

Rusiya prezidentinin fikrincə, Ermənistanın Gömrük İttifaqına girməsi, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinə qoşulması erməni xalqı üçün geniş imkanlar açacaq:

"Sadəcə olaraq, erməni ekspertləri, mütəxəssisləri hesablayıblar ki, bu əməkdaşlıq formaları çərçivəsində ölkənin qazancı, əldə etdiyi imtiyazlar nə olacaq və bunun əsasında qərar veriblər. Gömrük İttifaqına qoşulmaq erməni xalqının və rəhbərliyinin müstəqil seçimidir".

Putinin sözlərinə görə, Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 2012-ci ildə 20 faiz artıb və 1,2 milyard dollara çatıb. Rusiya Ermənistana 3 milyard dollar sərmayə qoyub, bu da Ermənistana qoyulan sərmayələrin 40 faizini təşkil edir.

Prezidentlər Yerevanda danışıqlar aparacaqlar. Gündəmdəki əsas məsələ Ermənistanın Gömrük İttifaqına qoşulması dır. İki ölkə arasında ticarət və mədəniyyət sahələrində bəzi sənədlərin imzalanması da gözlənir.

Bu, Putinin prezident kimi Ermənistana 3-cü səfəridir.
XS
SM
MD
LG