-
İŞLƏNMİŞ METOD
Bunu AzadlıqRadiosuna dekabrın 1-də Göyçayda 15 sutkalıq həbs olunmuş hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli deyir. O, şəkər xəstəsi olan qardaşının qanında şəkərin miqdarının həddən artıq çoxaldığını da bildirir.
Polis İsgəndərlinin sərxoş vəziyyətdə polisə tabe olmadığı, ictimai asayişi pozduğu üçün həbsə atıldığını deyir. Oqtay İsgəndərli isə hüquq müdafiəçisi olan qardaşının yerli hakimiyyət orqanları haqqında saysız şikayətlərdən dolayı Göyçaya gəldiyini və bu səbəbdən də həbs edildiyini söyləyir:
«Guya polisin qanuni əmrinə tabe olmayıb. İşlənmiş metoddur. Vidadi vəkil tələb edib ki, qanında doğrudan spirt varsa, təyin olunsun. Polis buna məhəl qoymayıb. Şantaj və böhtanla həbs edərək hüquqi don geyindiriblər. Vidadinin qan təzyiqi, şəkəri var və o, ümumiyyətlə içki içmir».
PLANDAN NƏ GERÇƏKLƏŞDİ, NƏ QALDI
Şəxsin müvəqqəti yerdə və istintaq təcridxanalarında saxlanması zamanı hüquq pozuntularının araşdırılması «İnsan Hüquqları Sahəsində Milli Fəaliyyət Planı»nda təsbit olunub. Plan 2011-ci ilin dekabrında təsdiqlənib və normativ-hüquqi bazanın, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini, əhalinin müxtəlif qruplarının hüquq müdafiəsini hədəf götürüb.
Ancaq aradan 2 il keçsə də, tənqidçilər ölkədə əsas insan hüquq və azadlıqlarının təminatında irəliləyişi deyil, geriləmələri vurğulayırlar. Avropa Birliyi də bu ilin martında açıqladığı hesabatda planının tətbiqinə ara verməməyi tövsiyə edirdi.
Konkret bir misal. Plana əsasən, 2012-ci ildə diffamasiyaya - qarayaxmaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericilik təklifləri hazırlanmalıydı. Təkliflər bu il Venesiya Komissiyasına göndərilib, ancaq qurum onların Avropa standartlarına, «ölkənin bu sahədə öhdəliklərinə tam uyğun olmadığı»nı vurğulayıb. Rəsmilər bu rəyə dayanaraq, qanunun qəbulunun ertələndiyini bildiriblər. Üstəlik, böhtan və təhqirə görə cəza internetə də aid edilib.
140-DAN ÇOX SİYASİ MƏHBUS
İnsan Haqları Klubu 10 dekabr - Dünya İnsan Hüquqları Günündə ölkədə belə hüquqların sistemli şəkildə pozulmasından rahatsızlığını dilə gətirib. Qurum Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azadlığa buraxmağa, vəziyyətin yaxşılaşdırılması üçün təxirəsalınmaz addımlar atmağa çağırır. İnsan hüquqları sahəsindəki öhdəliklərinə hökuməti məsuliyyətli yanaşmağa vadar etməkdən ötrü beynəlxalq ictimaiyyətə də çağırış var.
Klubun sədri Rəsul Cəfərov deyir ki, Avropa Şurasının məruzəçisi Christoph Straesser öz hesabatını hazırlayanda ölkədə 70-ə yaxın siyasi məhbus vardısa, indi bu rəqəm 140 civarındadır. O, son bir ildə ölkədə insan hüquqlarının qorunması baxımından ürəkaçan hər hansı məqamın olmamasını «xeyli təhlükəli tendensiya» adlandırır.
QANUNVERİCİLİK DƏ MÜRTƏCE XARAKTER ALIR
Hüquq müdafiəçisi ilin sonunadək əfv fərmanının gözləndiyini, ancaq problemin köklü həlli üçün bunun yetərli olmadığını vurğulayır. Əks halda, onun fikrincə, bundan təkcə əhali deyil, hakimiyyət də əziyyət çəkə bilər, çünki repressiyaların artması, gec-tez, kütləvi partlayış doğurur. Son bir ildəki durumun əvvəlki illərlə müqayisəsinə gəlincə:
«Əvvəlki illərdə hakimiyyətin arqumenti o idi ki, qanunvericilik təkmildir, onun icrası vaxt aparır və s. Ancaq son bir ildə gördüyümüz odur ki, praktikayla yanaşı, qanunvericilik də getdikcə mürtəce xarakter alır».
Rəsul Cəfərov QHT-lərin ianə toplamasına, sərbəst toplaşma azadlığına qadağaları, özəl şirkətlərlə bağlı məlumatların qapalı elan olunmasını, əmlak söküntüsünə görə bazar qiymətinə uyğun kompensasiya verilmədiyini sadalayır.
«HEÇ BİR POZUNTU YOXDUR»
Parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə «Milli Fəaliyyət Planı»yla bağlı son bir ildə qəbul olunmuş sənədlər toplusuna baxmağı məsləhət görür:
– O qədər böyük işlər görülüb ki. Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, ayrı-ayrı strukturlara administrasiya tapşırıqları, Milli Məclisin üzərinə düşən vəzifələr və onların gerçəkləşməsi yolunda atılan addımlarla əlaqədar bütün sənədlər toplusunu sizə göndərim, bir daha əmin olasınız ki, nə qədər böyük işlər görülüb...
– Yəni irəliləyiş ancaq sənədlərdədir? Bəs təcrübədə nə görürük?
– Xeyr, xeyr, bu, gerçəklikdir, həyatdır. Bircə parlamentdə qəbul olunan qanunların mahiyyətini, onların gerçəkləşməsini görsəniz. Bu sənədlərdə həmin planın qəbulundan keçən 2 il ərzində Azərbaycan insanının həyatında hansı dəyişikliklər olduğunu, onun layiqli həyat yaşaması üçün hansı işlər görüldüyünü görərsiniz.
– Planda ardıcıl təmin olunmalı hüquqlara dair maddələr də var. Məsələn, əlillər və digər əhali qruplarının, mülkiyyət hüquqlarının təminatı. Ancaq bu sahələrdə daha çox pozuntular barədə eşidirik.
– Heç bir pozuntu yoxdur. Məsələn, konkret əlilləri götürək. Azərbaycan dünyada əlillərlə bağlı bütün qanunlara qoşulub. Parlamentin ötən iclasında biz əlil insanların hüquqlarının gerçəkləşməsi, müdafiəsiylə bağlı sənədlərə yenidən baxdıq. Bu gün Azərbaycanda elə bir sosial qrup, zümrə yoxdur ki, hüququ təmin olunmasın.
«ANCAQ BU HALDA AZƏRBAYCANIN SƏDRLİYİ UĞURLU OLAR»
2014-cü ilin mayından noyabrınadək Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks bu yaxınlarda AzadlıqRadiosuna müsahibəsində deyirdi ki, sədrliköncəsi Azərbaycanın onlayn və oflayn diffamasiyaya görə cinayət cəzasını ləğv etməsini, mülki diffamasiya üçün cərimələri ciddi azaltmasını istəyir:
«Bakının mərkəzində vaxtaşırı etirazlara icazə verilməsini, inandırıcı görünməyən ittihamlarla həbsdə yatan məhbusların, fəalların, bloqqerlərin, müxalifətçilərin azadlığa buraxılmasını istərdim. Bunların indi baş verməsini görmək istərdim. İrəliyə konkret addımlar lazımdır. Ancaq bu halda Azərbaycanın sədrliyi uğurlu ola bilər. Əks halda o, sədrlik dövründə pis siyasəti və pis qanunları müdafiə etmiş görünəcək ki, bu da yaxşı hal deyil».
«Polisə müraciət etdim, dedilər, gərəkən dava-dərmanı özümüz verəcəyik. Ancaq dərmanların çatdırılması barədə məndə informasiya yoxdur. Belə ki, görüş də vermirlər, siyasi iş olduğundan ciddi nəzarətdə saxlayırlar».