Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:00

Vəkil həbsdə olan jurnalist Pərviz Həşimli ilə görüşüb


Pərviz Həşimli
Pərviz Həşimli
Vəkil Yalçın İmanov dekabrın 10-da MTN-nin təcridxanasında jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

Pərviz Həşimli yenə də saxlanma şəraitindən gileylənib və bu gün milli təhlükəsizlik naziri Eldar Mahmudova məktubla müraciət edib.O, qanuna uyğun olaraq ailə üzvləri ilə görüş və telefon əlaqəsinə imkan yaradılmasını istəyib.

Pərviz Həşimli sentyabrın 17-də həbs olunub.O, silah qaçaqmalçılığı, qanunsuz silah və sursat saxlamaqda ittiham olunur. Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

İstintaqı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi aparır.
XS
SM
MD
LG