-
Kiyevdə Müstəqillik meydanına etirazçılar yığışmaqda davam edir.
Kiyevdə mitinqləri izləyən AzadlıqRadiosunun müxbiri xəbər verir ki, aksiyaçılar səhər tezdən şəhərin mərkəzinə toplaşırlar. Əvvəlki kimi Avromeydanda istilik məntəqələri fəaliyyət göstərir. İştirakçılara yemək və isti içkilər paylanır.
Fəallar Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasına hazırlığı dayandıran Ukrayna hökumətinə etiraz edirlər.
Etirazlar noyabrın 21-dən davam edir.
Müxalifət tərəfdarları Nikolay Azarovun rəhbərliyi ilə Nazirlər kabinetinin istefasını, növbədənkənar seçkilərin keçirilməsi tələb edirlər.