-
Abşeron Qazma İdarəsinin bir qrup işçisi Prezident Administrasiyası qarşısına toplaşıb. İş gününün sonu olduğundan onları qəbul edən olmayıb.
Bundan sonra narazılar Dövlət Neft Şirkətinə yollanıblar. Amma onlar şirkətdən çıxandan sonra çöldə gözləyən jurnalistlərə heç bir açıqlama verməyiblər.
«İNDİ SOVET DÖVRÜ DEYİL Kİ...»
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır.
Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib:
«İndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir. Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin «Azəriqaz» İstehsalat Birliyində də aparılacaq».
ARDNŞ rəhbəri deyib ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisara düşən 1100 işçi yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.
PREZİDENTƏ MÜRACİƏT OLUNDU
Yanvarın 1-dən ləğv olunacaq Abşeron Qazma İdarəsinin işçiləri prezidentə müraciət ediblər.
Müraciətdə deyilir:
«Biz Azərbaycan vətəndaşı olaraq sizdən kömək gözləyirik. Bizim konstitusiya hüquqlarımızı, işləmək hüququmuzun ləğv olunmasına imkan verməyin. Bizim və övladlarımızın aclıq və səfalət içində ölməsinə imkan verməyin».
KOMPENSASİYA VERİLƏCƏK
Gələn il yanvarın 1-dən fəaliyyəti dayandırılacaq Dövlət Neft Şirkətinin 7 müəssisəsinin işçilərinə bir aylıq kompensasiya veriləcək.
Bu barədə Abşeron Qazma İşləri İdarəsindən məlumat verilib.
İŞÇİLƏRİ İDARƏDƏN BURAXMIRLAR
Abşeron Qazma İdarəsindən AzadlıqRadiosuna verilən məlumata görə, rəhbərliyin göstərişi ilə işçilər idarədən çölə buraxılmır:
«Hətta bir jurnalist də gəlib çöldə dayanıb. Nə onu içəri buraxırlar, nə də bizi çölə. Heç kimi idarədən buraxmırlar ki, sözümüzü deyək. Hamımız qalmışıq içəridə».
750 ADAM İŞSİZ QALDI
Dekabrın 28-də Abşeron Qazma İdarəsinin rəhbərliyi qurumun ləğv olunması haqda Dövlət Neft Şirkətinin qərarını işçilərə elan edib.
İşçilərin AzadlıqRadiosuna verdiyi məlumata görə, qərar ciddi narazılıqlara səbəb olub və onlar Prezident Administrasiyası qarşısına yığışmağa qərar veriblər:
«Biz prezidentdən tələb edəcəyik ki, bu qərarı geri götürsünlər. Bizim idarə ilə yanaşı daha 6 idarə yanvarın 1-dən ləğv olunur. Təkcə bizim idarədə 750 nəfər çalışır. Kompleks Qazma İşləri Trestinə 7 idarə daxildir, bu idarələrdə ümumilikdə 6-7 min adam çalışır. İndi onların hamısını ləğv edirlər. Bağlanma barədə qərar da vermirlər ki, əlimizdə əmr olsun. İdarə rəhbərliyi şöbə müdirlərinə tapşırıq verib ki, heç kimin binadan çıxmasına imkan verməsin. İndi biz nahar fasiləsindən istifadə edib Prezident Administrasiyasının qarşısına gedirik».
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələdən məlumatsız olduqlarının bildirirlər.

«Cənab prezident, yaxın günlərdə biz acından ölə bilərik».