Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:44

Rafiq Tağının qətli ilə bağlı istintaqdan ziddiyyətli xəbərlər


Rafiq Tağı
Rafiq Tağı
-
Yazıçı-publisist Rafiq Tağı ilə bağlı cinayət işinin istintaqı dayandırılıb.

Bunu Azadlıq Radiosuna yazıçının ailə vəkili Elçin Sadıqov deyib:

«Əslində, istintaq çoxdan dayandırılmışdı. Durğunluqla bağlı iki dəfə məhkəməyə müraciət etmişik. İndisə isə iş rəsmi dayandırılıb. Araşdırmaların səmərəsiz aparılması nəticəsində istintaqın dayanacağı əvvəlcədən məlum idi».

Vəkil istintaqın dayandırılması ilə bağlı məhkəməyə üz tutacaqlarına diqqət çəkib:

«Baş Prokurorluğun qərarını gözləyirik. Nəsimi rayon Məhkəməsinə müraciət edəcəyik. Əgər şikayətimiz təmin olunmasa, Avropa Məhkəməsinə üz tutacağıq».

Baş Prokurorluq Rafiq Tağı cinayəti ilə bağlı istintaqın dayandırılmasına aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov apa-ya açıqlamasında bildirib ki, hazırda bu iş üzrə zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir:

«İbtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb. Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir».

Eldar Sultanov
Eldar Sultanov

Baş Prokurorluq isə yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı cinayət işinin icraatının dayandırılması barədə xəbərlərə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, hazırda bu iş üzrə zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Əvvəllər də məlumat verildiyi kimi, 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb.

Amma təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir. Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə dönərkən yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb və o, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə keçinib.

Qatil tapılmayıb.
XS
SM
MD
LG