-
FRANCOİS HOLLANDE: MƏHƏBBƏT VƏ XƏYANƏT
Fransa prezidenti özünün ənənəvi mətbuat konfransında bildirib ki, aktrisa Julie Gayet-lə məhəbbət macərasını “şəxsi qaydada” həll edəcək.
Francois Hollande Yelisey Sarayında keçirilən ilbaşı konfransında qarşıdan gələn aylarda özünün siyasi və iqtisadi planları barədə danışmalı idi, lakin onu səbirziliklə gözləyən jurnalistlər ordusu prezidentə onun şəxsi həyatındakı son qalmaqalla bağlı çətin suallar verməyə hazırlaşmışdılar.
Ötən həftə Britaniya bulvar jurnallarından “Closer” məcmuəsinin fransızca nəşri Fransa dövlət başçısının aktrisa Julie Gayet-lə gizli sevişməsinə dair fotolarla müşaiyət olunan məqalə dərc etmişdi.
Cənab Hollande mətbuat konfransında tam müdafiə mövqeyində idi.
O çətin və spesifik suallardan açıqca boyun qaçırırdı. “Bu söhbətlərin nə vaxtı, nə də yeridir” – deyirdi Fransa prezidenti.
Cənab Hollande rəsmən subay olsa da, onun vətəndaş nikahında olduğu xanım Valerie Trierweiler hazırda formal olaraq “birinci ledi” statusunda hesab edilir.
Jurnalistin xanım Trierweiler-in hələ də bu statusda qalıb-qalmadığı barədə sualından da prezident yayğın ifadələrlə qaçıb:
“Bizim hər birimizin şəxsi həyatı çətin dövrlərini yaşaya bilər” – deyib prezident - lakin şəxsi məsələlər şəxsi qaydada həll olunmalıdır”.
Mətbuat yazır ki, cənab Hollande Trierweiler-in hələ də birinci ledi olduğunu təsdiq etməməklə, əslində hər iki qadının heysiyyətinə toxunmuş olub.
O deyib ki, məsələyə fevral ayında ABŞ-a səfərinədək aydınlıq gətirəcək.
HOLLANDE VAŞİNQTONA HANSI QADINLA GEDƏCƏK?
Fransa mediası bildirir ki, prezidenti Ağ Evə səfəri zamanı hansı xanımın müşaiyət edəcəyi bilinmir.
Francois Hollande hazırda xəstəxanada olan xanımının səhhəti barədə suala da quru cavab verib və deyib ki, “o dincəlir”.
Media xəbərlərinə görə Yelisey Sarayının sözçüsü prezidentin 4 gündür ki, xəstəxanada olan Valerie Trierweiler-ə baş çəkib-çəkmədiyi barədə sualları cavablandırmaqdan imtina edib.
Başqa məlumatlara görə isə xanım Trierweiler xüsusi bəyanatla çıxış edib öz statusuna aydınlıq gətirilməsini tələb edəcək. Bununla belə, onun prezidenti bağışlamağa hazır olduğu barədə xəbərlər də yayılır.
Bu xəbərlərdə deyilir ki, Valerie Trierweiler ABŞ səfərinə çıxmaq üçün çox həvəslidir. O bildirib ki, prezident Obama-nı və birinci ledi Michelle Obama-nı şəxsi dostları hesab edir.
Prezidentin köməkçilərindən biri “Le Parisien” qəzetinə bildirib ki, “yaxın çevrəsindən bəziləri cənab Hollande-a hazırkı xanımından ayrılması barədə bəyanatla çıxış etməyi məsləhət görüblər, lakin xanım Trierweiler-in qəfil xəstəxanaya düşməsi onun bu qərarı ləngitməsinə səbəb olub”.
ƏRDƏ OLMAYAN BİRİNCİ LEDİ
Fransada rəsmi “birinci ledi” vəzifəsi yoxdur, lakin buna baxmayaraq dövlət başçılarının xanımları bir qayda olaraq prezident sarayında ayrıca ofis və kiçik işçi heyəti saxlayırlar.
Cənab Hollande deyib ki, birinci lediyə xərclənən dövlət vəsaitləri şəffaf və kiçik olmalıdır.
Bununla yanaşı, hələ bu qalmaqaldan xeyli əvvəl də Avropa mətbuatı xanım Trierweiler-in birinci ledi kimi ifrat dəbdəbəli həyat tərzi barədə yazırdılar.
Onun 5 işçisi, bir neçə evi, şəxsi təyyarələri və limuzinləri var.
GAYET HAMİLƏDİR?
Əvvəlki ərindən boşanmış birinci ledi, ixtisasca jurnalistdir və “Paris Match” həftəlik jurnalındakı işini davam etdirir.
Bu arada Britaniyanın bulvar qəzetləri – “The Mirror” və “The Daily Mail” Fransa prezidentinin 41 yaşlı sevgilisi Julie Gayet-in ondan 4 aylıq hamilə olduğu barədə şaiyələri yayıb.
Bu barədə yazan bloger informasiyanı xanım Gayet-in çalışdığı M6 televiziya kanalından aldığını bildirib.
Xanım Gayet-in özü isə qalmaqal başlanandan bəri susur.
Fransa prezidenti qalmaqalı başlamış “Closer” məcmuəsini məhkəməyə verməyəcəyini bildirib.