-
Yanvarın 24-də bir sıra qəzet və saytlara yuriykot@mail.ua ünvanından audioyazı daxil olub. Məktubda qeyd olunur ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə “hakimiyyət çevrilişi məqsədi” ilə maliyyələşdirir.
Söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir.
“NARAHATLIQ VAR Kİ, SURİYA VARİANTI OLA BİLƏR”
Yevgeniy adlı şəxs deyir ki, Freedom House-un Şərqi Avropa bölməsinin toplantısı olub və Azərbaycanda demokratik qüvvələrə yardım məsələsi də gündəlikdə olub.
Mehman Əliyev AzadlıqRadiosuna deyir ki, zəng ona dekabrın son günlərində Ukraynadan gəlib və Yevgeniy adlı bir şəxsin onunla danışmaq istədiyini deyiblər. Həmin şəxs Ukraynada durumu dəyişməyə qərar verildiyini deyib:
“O, Yanukovych-i yola salmaq qərarı olduğunu, ancaq Azərbaycanla bağlı belə bir qərarın verilmədiyini dedi. Dediyinə görə, Azərbaycanla bağlı narahatlıq var ki, nəsə baş versə, islamçılar prosesə qoşula və Suriya variantı baş verə bilər. Ona görə də Azərbaycanla bağlı təkamül yolu – cəmiyyəti yetişdirmək, qərbyönlü qüvvələrə dəstək vermək gərəkdir. Bununla bağlı burada qeyri-hökumət təşkilatlarına qrantlar vermək istəyirlər. Soruşanda ki, “məndən nə istəyirsiz?” dedi ki, dəstək veriləcək QHT-ləri müəyyənləşdirməyi istəyirlər. Mən də dedim “aydındır, başa düşdüm”.”
“YƏNİ UKRAYNA HADİSƏLƏRİ ARXASINDA AMERİKA DURUB”
Mehman Əliyev deyir sonradan bu söhbət onda ciddi şübhələr yaratdığından həmin şəxslərlə əlaqəni davam etdirməmək qərarına gəlib. Ona axşam 10-da zəng olunacağı deyilsə də, sonradan zəng də gəlməyib.
Mehman Əliyev indi açıqlanan lent yazısında ABŞ-ın Yanukovych-i yıxmaq qərarı verməsi fikrinə diqqət çəkir:
“Hesab edirəm bu indi daha çox Ukraynada baş verənlərlə bağlı ABŞ-ın “planı olduğunu” ifşa etməkdir. Yəni Ukrayna hadisələri arxasında Amerika durub. Azərbaycan və Ukrayna kimi ölkələrdə də oxşar proseslər gedir. NATO, Avropa Birliyi layihələri, Şərq Tərəfdaşlığı Qərbin layihələridir. Azərbaycanda hakimiyyət, vətəndaş sektoru da bu proseslərdə iştirak edir. Məqsəd Azərbaycanı Qərb birliyinin üzvünə çevirməkdir və burda sensasiyalı bir şey yoxdur. Konkret mənimlə bağlanmasına gəlincə, orda inqilab söhbəti yoxdur. Əksinə, deyilir ki, Azərbaycanda inqilab yolu qəbulolunmazdır”.