-
Azərbaycan Avro-3 standartını tətbiq etmədən birbaşa Avro-4 standartına keçir. Bu o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan avtomobillər bundan sonra ölkəyə gətirilməyəcək.
Bu haqda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşma və Sertifikatlaşma İnstitutunun direktoru Sabiq Abdullayev məlumat verib. Standart aprelin 1-dən tətbiq ediləcək. Sabiq Abdullayev deyir ki, bu, ölkədə bütün sahələri əhatə edən inkişafla bağlıdır:
«Belə qərar qəbul olunub ki, Avro-3-ə keçməmək şərtilə bilavasitə Avro-4-ə keçək. İnsan həyatı və sağlamlığının, ətraf mühitin qorunması önəmli aspektlərdən birinə çevrilir. Atmosferə buraxılan zərərli maddələrin qarşısının alınması kimi əsas amillərdən biri də avtomobillərdən buraxılan zərərli maddələrdir».
Aprelin 1-dən Azərbaycana avtomobillərin gətirilməsi bu qaydalarla tənzimlənəcək. Avropa Birliyi ölkələrinin istehsalı üçün 2005, ABŞ istehsalı üçün 2004, Yaponiya, Çin istehsalı üçün 2011, Koreya istehsalı üçün 2006, Türkiyə istehsalı üçün isə 2009-cu ildən yuxarı maşınlar.
İqtisadçı-ekspert Vüqar Bayramlı bildirir ki, hökumət bu addımla müəyyən qədər ətraf mühitə buraxılan zəhərli qazların qarşısını almağa çalışır. Bütövlükdə, Avro-4 standartı havaya buraxılan dəm qazının azaldılmasına istiqamətlənib. Minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro-3 standartında 2 qramdırsa, yeni standartda bu cəmi 1 qramdır.
KÖHNƏ MAŞINLAR QİYMƏTƏ MİNƏCƏK...
Ekspert deyir ki, məsələnin sadəcə ekoloji deyil, eyni zamanda iqtisadi tərəfləri də var.
«Əvvəla, istehsal tarixi 2005-ci ilədək olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi ili köhnə olan maşınların qiymətlərində artımlara səbəb olacaq. İli köhnə olan avtomobillərin qiymətlərinin aşağı olması onlara ölkədə hər zaman tələbatın formalaşmasına səbəb olur. Son qadağanın isə köhnə avtomobillərin ölkəyə gətirilməsinə imkan verməyəcəyini nəzərə aldıqda, o zaman təklifin azalması müşahidə ediləcək. Bu avtomobillərə tələbin dəyişmədiyini və hətta bəzi hallarda artdığını nəzərə aldıqda, o zaman qiymət artımların olacağını proqnozlaşdırmaq çətin olmaz».
Vüqar Bayramovun fikrincə, köhnə avtomobillərin qiymətində 7 faizə yazın artım olacağı gözlənilir.
«MAŞINLARIN SAYINDAN ƏVVƏL...»
Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov isə deyir ki,
benzinin keyfiyyəti Avro-4 standartlarına vaxtında uyğunlaşdırılmasa, köhnə avtomobillərin gətirilməsinə qadağaların ciddi əhəmiyyəti olmayacaq. Çünki Avro-4 standartı olan maşın uyğun standartda olan benzindən istifadə etməlidir:
«Azərbaycana gətirilən maşınların istər köhnə, istər təzə mühərrikləri qiymətləndirilməlidir. Doldurulan yanacaqların həmin mühərriklərə olan təsiri və ətraf mühitə nə dərəcədə mənfi təsir göstərəcəyi, tullantıların miqdarı dəqiq öyrənilməlidir. Mən deyərdim ki, maşınların sayından əvvəl şəhərdə gedən tikililərin sayı, yaşıllıqların qırılması ətraf mühitə mənfi təsir göstərir».
Sabiq Abdullayev isə deyib ki, Azərbaycanda istehsal olunan yanacaq materialları Avro-3 tələblərinə uyğundur.
«YANACAĞIN KEYFİYYƏTİNƏ DİQQƏT ARTIRILMALIDIR»
Satış üzrə ekspert Ramil Osmanlı deyir ki, vətəndaşların psixoloji hazırlığı baxımından Avro-4 standartına keçid mərhələli olmalı idi. Onda kiçik və orta sahibkarlar da bu prosesə hazır olardılar. Bundan başqa kompleks həll olunmalı problemlər də var:
«Azərbaycanda hökumət bu gün bu standartların tətbiqinə hələ ki, birtərəfli qaydada maraqlıdır. Bu gün ölkədə avtomobil yanacağının tərkibinə nəzarət demək olar ki, yox səviyyəsindədir. Təkcə keyfiyyət deyil, yanacaq satışı ilə bağlı ölçü, kəmiyyət baxımından problemlər var. Müəyyən qədər sahibkarlar tərəfindən vətəndaşların cibinə girilməsi, yanacağın kəsilməsi, sürtgü yağlarının keyfiyyət standartları ilə bağlı məsələlərə baxılmalıdır. Gətirilən ehtiyat hissələrinin keyfiyyət standartları ilə bağlı məsələlər aktuallaşmalıdır».
O ki, qaldı Avro-4 standartlarına keçidin maşınların qiymətlərinə təsirinə, Ramil Osmanlı deyir ki, cüzi və qısamüddətli artım ola bilər.
Ekspert onu da deyir ki, Azərbaycanın avtomobil parkının 70 faizinə yaxını Avro-4 standartlarına cavab verməyən avtomobillərdir. Azərbaycan daxilində kifayət qədər istismar müddəti başa çatmış, Avro-2-nin, Avro-1-in tələblərinə cavab verməyən çoxlu nəqliyyat vasitəsi var. Gələcəkdə ədalətli kompensasiyaların ödənilməsi ilə bu avtomobillərin istismardan çıxarılması məsələsinə baxılmalıdır.
Rəsmi statistikaya görə, 2013-cü ildə Azərbaycana 104 min 385 avtonəqliyyat vasitəsi gətirilib. Bu, ölkə tarixində rekord sayılır. 2012-ci illə müqayisədə artım 3%.-dir.
Azərbaycan 2010-cu ildən Avro-2 standartına keçib. Bu il aprelin 1-dən Avro-4 standartına keçəcək.
Azərbaycan Avro-3 standartını tətbiq etmədən birbaşa Avro-4 standartına keçir. Bu o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan avtomobillər bundan sonra ölkəyə gətirilməyəcək.
Bu haqda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşma və Sertifikatlaşma İnstitutunun direktoru Sabiq Abdullayev məlumat verib. Standart aprelin 1-dən tətbiq ediləcək. Sabiq Abdullayev deyir ki, bu, ölkədə bütün sahələri əhatə edən inkişafla bağlıdır:
«Belə qərar qəbul olunub ki, Avro-3-ə keçməmək şərtilə bilavasitə Avro-4-ə keçək. İnsan həyatı və sağlamlığının, ətraf mühitin qorunması önəmli aspektlərdən birinə çevrilir. Atmosferə buraxılan zərərli maddələrin qarşısının alınması kimi əsas amillərdən biri də avtomobillərdən buraxılan zərərli maddələrdir».
Aprelin 1-dən Azərbaycana avtomobillərin gətirilməsi bu qaydalarla tənzimlənəcək. Avropa Birliyi ölkələrinin istehsalı üçün 2005, ABŞ istehsalı üçün 2004, Yaponiya, Çin istehsalı üçün 2011, Koreya istehsalı üçün 2006, Türkiyə istehsalı üçün isə 2009-cu ildən yuxarı maşınlar.
Avtonəqliyyat vasitəsini istehsal edən ölkə |
Avtomobilin buraxılış ili |
Avropa Birliyi ölkələri (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya...) |
2005-ci ildən |
ABŞ |
2004-cü ildən |
Yaponiya |
2011-ci ildən |
Çin |
2011-ci ildən |
Koreya |
2006-cı ildən |
Türkiyə |
2009-cu ildən |