03:53
26.1.2014
Ukrayna Evni mühasirəyə alan etirazçılar, binada qərar tutan təhlükəsizli qüvvələrinin oranı tərk etməsini tələb edirlər. 2 saatlı qarşıdurmadan sonra polis "rəhbərliklə məsləhətləşmə üçün" etirazçılardan vaxt idtədi. Etiraz barrikadalarının arxasında yerləşən binadan qəfil hücumun qarşısını almaq üçün Avromaydan fəalları sürüşgən olsun deyə, binanın pilləkənlərini su ilə çiləyiblər.
03:03
26.1.2014
Etirazçı daxili qoşunların yerləşdirildiyi UkraynaEvinimühasirəyə alıb pic.twitter.com/zKndAeFMRa
— AzadliqRadiosu (@RadioAzadliq) January 25, 2014
Yüzlərlə etirazçı daxili qoşunların yerləşdirildiyi ehtimal olunan "Ukrayna Evi" binasını mühasirəyə alıb. Binanı müdaifə edən polis su şırnaqları, qaz və səs bombasları ilə onalrın binaya daxil olmasının qarşısını alırlar. "Ukrayna evi" Grushevski küçəsində və Avropamaydan qurulan barrikadaların içində yerləşdiyindən, etirazçılar ehtiyyat edirlər ki, onlara arxadan hücum ola bilər.
AzadlıqRadiosu Ukrayna xidmətinin videogörüntüləri
00:34
26.1.2014
Müxalifət: Hamı #Maydan-a! Ukraynaya eşq olsun!.. #ukraine #kiev #kyiv #euromaidan #Євромайдан http://t.co/VBFM0QoIJe
— AzadliqRadiosu (@RadioAzadliq) 25.1.2014
00:31
26.1.2014
Müxalifət Yanukovychin təkilflərini rədd edərək prezident seçkiləri tələb edir
AvroMaydanda çıxış edən Viktor Klitschko prezident Yanukovychlə danışıqlar haqda xəbər verdi. Bildirdi ki, prezident onların əsas təkliflərini qəbul etdi: etirazçılara anmistiya, hökumətin istefası, konstitusiyanı 2004-cü il vəziyətində gətitilməsi.
Lakin Klitshcko bunun kifayət olmadığını dedi. Bildirdi ki, əsas tələb növbədənkənar prezident seçkilərinin keçirilməsidir və bu seçkilər bu il olmalıdır. O, Avromaydan hərəkatın dinc etirazlar məcrasında davam etməsinin zəruriliyini vurğuladı.