Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:53

Soçi Olimpiadası: yarım kilo ağırlıqda medalın hərəsi 18 saata hazırlanıb


Soçidə Olimpiya Parkında yekun tamamlama işləri. 27 yanvar 2014
Soçidə Olimpiya Parkında yekun tamamlama işləri. 27 yanvar 2014
-

Olimpiya medalının çəkisi nə qədərdir? Medal nə qədər vaxta hazırlanır? Yarışlar zamanı Soçidə mühafizə işlərinə nə qədər təhlükəsizlik işçisi cəlb edilib? Soçi Olimpiadasına çəkilən xərcə dünyanın ən uca göydələnindən neçəsini tikmək olardı? Bu sualların hamısına AzadliqRadiosunun əməkdaşı Tom Blamforth cavab toplayıb.



Tarixdə İLK DƏFƏ -
2013-cü il noyabrın 9-da Rusiya kosmonavtları Olimpiya Məşəlini Beynəlxalq Kosmik Stansiyada açıq kosmik fəzaya çıxardılar. Amma məşəl yanmırdı. Çünki bu stansiyanın içərisində alov olduqca təhlükəli ola bilərdi. Açıq fəzada isə alov mümkün deyildi.
3 dəfə:
2013-cü ilin son 3 ayında Volqoqradda 3 dəfə bomba partlayışları törədildi. Bu partlayışlar Soçi Olimpiadasında təhlükəsizliyin necə təmin edildiyindən narahatlıqları bir az artırdı.
18 saat:
Soçi Olimpiadasında qaliblərə veriləcək medalların hər birinin hazırlanmasına orta hesabla bu qədər vaxt sərf edilib.
21 Olimpiada:
1924-cü ildə Fransada ilk Qış Olimpiya Oyunlarının təşkilindən bəri keçirilən olimpiadaların sayıdır. Rusiyada ilk dəfə keçirilən Soçi Qış Olimpiadası sayca 22-ci olacaq.
34 Bürc Xəlifə:
Soçi Olimpiadasına çəkilən 51 milyard dollar pula dünyanın ən uca göydələni olan Dubaydakı Bürc Xəlifə qülləsindən 34-nü tikmək olardı. Halbuki 2007-ci ildə Baş nazir olan Vladimir Putin Beynəlxalq Olimpiya Komitəsində çıxışı zamanı bu olimpiada üçün cəmi 12 milyard dollar xərcləməyi planlaşdırdıqlarını deyirdi.
87 ölkə:
İdmançı göndərəcək ölkələrin sayıdır.

460 qram:
Qaliblərə veriləcək medalların ən yüngülünün çəkisidr.
686 qram:
Medalların ən ağırının çəksidir.
986 itki:
Keçən il bu Olimpiadanın keçirildiyi Şimali Qafqaz regionunda silahlı toqquşmalarda həlak olan mülki sakinlər, yaraqlılar və hüquq-mühafizə orqanları əməkdaşlarının sayıdır.

1 300 medal:
Qaliblərlə veriləcək medalların sayıdır.

1980-ci il:
Həmin il Moskvada keçirilən Yay Olimpiya Oyunlarını 65 ölkə boykot etdi. O zaman ABŞ-ın rəhbərlik etdiyi boykotçu ölkələr bununla Sovet ittifaqının 1979-cu ildə Əfqanıstana hərbi müdaxiləsinə etiraz edirdilər.

3 000 nəfər:
Bu qədər incəsənət adamı fevralın 7-də Soçidə keçiriləcək təntətnəli açılış mərasiminə qatılacaq.

3 500 idmançı:
Soçi Olimpiadasına ümumilikdə bu qədər idmançı qatılacaq.

65 000 kilometr:
Olimpiya məşəli bu qədər uzun məsafəni qət edərək Soçiyə çatdırıldı. Məşəl ona görə bu qədər məsafə qət edib ki, o, Rusiyanın bütün federasiya ərazilərindən keçirilib. Məşəli sıra ilə 14 000 adam daşıyıb.

100 000 təhlükəsizlik işçisi:
Stratfor-un təxminlərinə görə Soçidə oyunlar zamanı bu sayda təhlükəsizlik işçisi qoruma işlərinə cəlb ediləcək. Bu, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunları zamanı mühafizə işlərinə cəlb edilmiş adamlardan 4 dəfə çoxdur.

343 000 nəfər:
Bu, Soçinin ümumi əhalisinin sayıdır. Yəni, oyunlar zamanı Soçidə yerli yerli sakinlərin hər 3 nəfərinə bir təhlükəsizlik işçisi cəlb ediləcək. Soçi sakinləri arasında bu olimpiadanı zarafatla “Olimpiada Vladimirivona” adlandırırlar.

25-30 milyard dollar:
Rusiya müxalifətinin lideri Boris Nemtsovun iddiasına görə bu məbləğdə pul “Soçi Olimpiadasına xərcləndi” bəhanəsi ilə mənimsənib. Beynəlxalq Olimpiya Komitəsinin üzvü isə keçən həftə iddia edib ki, dövlət büdcəsindən bu Olimpiadaya ayrılan hər 3 manatdan təxminən 1 manatının (təqribən 18 milyard dollar) mənimsəndiyini bildirib.
XS
SM
MD
LG