-
“Bu dəqiqə sizinlə danışa-danışa elə təsəvvür edirəm ki, al günəşlə üzbəüzəm. Çünki gözümün qarşısında çox yanar bir pərdə var. Özümü çox narahat hiss edirəm. Nə Azərbaycanda müalicə, əməliyyat etmirlər, nə də başqa ölkəyə göndərmirlər. Deyirlər öz pulunla get. Hansı pulla gedim? Əlillik təqaüdü ilə hara gedim?”
41 yaşlı Mətanət Tağıyeva uşaqlıqda kor və zəIf görənlərin məktəbinə gedib. 12 il təhsil alıb. Paralel olaraq musiqi məktəbi də oxuyub. 1989-cu ildə zəif olan gözlərinin olan-qalan işığını da həmişəlik itirib. Ancaq həyata ümidi qalıb. BDU-nun filologiya fakültəsinin rus dili və ədəbiyyatı şöbəsini magistr kimi başa vurub. 2000-ci ildən Azərbaycan Milli Akademiyasının Nəsimi Adına Dilçilik İnstitutunun aspiranturasına daxil olub. 2005-ci ildə əlillər arasında ilk elmlər namizədi olub. İnstitutun lüğətçilik şöbəsinə kiçik elmi işçi kimi işə götürülüb. Sonra elmi işçi, 2013-cü ildə isə böyük elmi işçi kimi çalışmaqdadır. Son illərdə eşitmə qabiliyyəti də zəifləyib. Xanımın dövlətdən yeganə tələbi diqqətdir:
ƏLİLİN İPOTEKALI MƏNZİL ARZUSU...
“97-98-ci illərdə kor rəfiqələrim mənə yazırdılar ki, Volokolamskda gözdən əlillərin reablitasiya mərkəzi var. Orada tort bişirməkdən makinada yazmağa qədər hər şeyi öyrədirlər. Anama deyirdim, bəlkə sponsor tapaq, kömək etsin, mən də o reablitasiya mərkəzinə gedim. Mənim buna çox ehtiyacım vardı. Ancaq bir əlil kimi ailəmiz məni anlamadı. Hisslərimlə oynadılar. Biz əlillərin faciəsi budur ki, ailələrimizdə bizimlə həssaslıqla yox, qəddarlıqla davranılrar, bizi aşağılayırlar”.
Mətanət Tağıyeva istəyir ki, ya Moskvaya, ya da Sankt-Peterburqa müayinəyə göndərilsin. Bakıdakı əlillər məktəbində jest kursları və GPS naviqator kursları keçsin. Əlilin başqa istəyi isə ipoteka krediti ilə mənzil əldə etməkdir.
Mətanət səsinin hökumətə, mənəvi və maddi imkanları bir arada olan insanlara çatacağına ümid edir. İstəklərindən əl üzmür.