-
Fevralın 3-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbs olunanların məhkəməsi şahid ifadələri ilə davam edib.
AzadlıqRadiosunun məhkəmə prosesini izləyən əməkdaşı xəbər verir ki, şahid kimi dindirilən polis əməkdaşı İsmayıl Hacıyev istintaqa verdiyi ifadəsindən imtina edib. Deyib ki, o, İsmayıllı hadisələrində adı təşkilatçısı kimi keçən şəxslərin, əksinə, ora yığışan adamları sakitləşdirdiyini müşahidə edib.
İsmayıl Hacıyev hazırda Şamaxı polis idarəsində baş əməliyyat müvəkkili işləyir.
Digər şahid «AzTelecom»un İsmayıllı filialında mühafizəçi işləyən Vüsal Əzizov da istintaqda verdiyi ilkin ifadədən imtina edib. Deyib ki, səhər iş yerini tərk edərkən İsmayıllı hadisələrinin təşkilində günahlandırılan şəxslərin heç birini yaxınlıqda görməyib.
Nahar fasiləsindən sonra davam edən məhkəmədə Şamaxı rayon Polis İdarəsinin rəis müavini Şöhrət Kərimov ifadə verib. O bildirib ki, Tofiq Yaqublu və İlqar Məmmədov adamları daş atmağa və digər qanunsuz əməllər etməyə çağırıb.
Müttəhimlər Şöhrət Kərimovun ifadəsini etirazla qarşılayıblar. Onların arasında mübahisə düşüb.
Polis əməkdaşı Azay Ağayev də bəzi müttəhimlərin maşınları yandırdığını söyləyib.
AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, dövlət ittihamçısı istintaqa verdiyi ifadəsini unudan şahidlərə hadisələri xatırlamaqda yardım edib.
Prosesi ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları da izləyib.
Məhkəmə yanvarın 4-ü davam edəcək
Ötən il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
Olaydan sonra 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.
Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.
Müdafiə tərəfi ittihamları qəbul etmir.