Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:39

«Sərhədsiz reportyorlar»: «Azərbaycan hər növ media azadlığının boğulması astanasındadır»


Azərbaycan Sərhədsiz Reportyorların Dünya Media Azadlığı İndeksinə görə 180 ölkə arasında ən sonuncu yerlərdən birində - 160-cı sıradadır.
Azərbaycan Sərhədsiz Reportyorların Dünya Media Azadlığı İndeksinə görə 180 ölkə arasında ən sonuncu yerlərdən birində - 160-cı sıradadır.
-

“Sərhədsiz reportyorlar” təşkilatı bildirir ki, keçmiş sovet respublikalarında informasiya azadlığı ilə bağlı vəziyyət “günbəgün pisləşir”.

Parisdə yerləşən təşkilat “Dünyada Mətbuat Azadlığı İndeksi” adlanan hesabatını açıqlayıb.

Reytinq cədvəli 180 ölkəni əhatə edir.

Azərbaycan və qonşuları

Azərbaycan bu indeksdə 180 ölkə arasında ən sonuncu yerlərdən birində - 160-cı sıradadır. Sənədə görə son bir ildə Azərbaycnda jurnalistlərin vəziyyəti əvvəlki ildən bir az da pisləşib. Belə ki, Azərbaycan həmin sırada 4 pillə də geriləyib.

Hesabatın Şərqi Avropa və Mərkəzi Asiyaya aid hissəsində “informasiya azadlığınlı ən çox pozan” Türkmənistan, Özbəkistan, Qazaxıstan və Azərbaycandan söhbət gedir.

Konkret olaraq bu hissədə “neft və qaz despotları üçün cəzasızlıq” sərlövhəsi altında deyilir ki, adıçəkilən ölkələr neft və qazla zəngin olmaları və kəmərlərə sahibliklərinə görə beynəlxalq birlik tərəfindən çox az təzyiqə məruz qalırlar:

“Bu ölkələrin zənginliklərinə görə özlərini toxunulmaz hiss etmələri bir yana qalsın, onların həmçinin strateji mühümlüklərinə görə nazları ilə oynayırlar. Odur ki, onlar hazırda öz xəbər medialarını sərt nəzarət altında saxlayır və ipə-sapa yatmayan jurnalistləri tam cəzasızlıq şəraitində həbsxanaya salırlar”.

Azərbaycanda repressiyalar strategiyadır
Hesabatda deyilir ki, repressiyaların bir strategiya kimi qəbul edildiyi Azərbaycanda media plüralizminin mövcudluğu ciddi təhlükə altındadır.

Qeyd edilir ki, Azərbaycanda telekanallar hökumətin nəzarətindədir, xarici radiolar qadağan edilib, yalnız paytaxtda və çox məhdud şəkildə yayılan müxalifət mətbuatı maliyyə sarıdan ölüm ayağındadır.

“Eyni zamanda ram olmayan jurnalist və blogerlər fiziki hücumlara, ölüm hədələrinə, böhtan kampaniyalarına və oğulanmalara məruz qalırlar” – bildirilir hesabatda.
Hesabatda sual edilir: “yeni alternativ mühacir mediası plüralizmi xilas edə biləcəkmi?”

Azərbaycan qonşularından çox geri qalır

Hesabata görə, Şərqi Avropa və Mərkəzi Asiya regionunda indeks üzrə daha yaxşı mövqedə olan 4 ölkə - Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstandır.
Qeyd olunur ki, bu ölkələrdə əhəmiyyətli dərəcədə plüralizm və nisbətən az dövlər senzurası mövcuddur.

Bununla belə, hesabatda deyilir ki, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstanda ictimai qütbləşmə var və bu, müxtəlif təzyiq qrupları tərəfindən qısnanan media və jurnalistlərin fəaliyyət mühitinə təsir göstərir.

Sənəddə vurğulanır ki, Gürcüstan və Ermənistanda fərdi medianın mövqeyi bir qayda olaraq bu medianın sahiblərinin mövqeyi ilə üst-üstə düşür və bu, həmin medianın redaksiya azadlığını məhdudlaşdırmış olur.

Qeyd olunur ki, Ermənistan və Gürcüstanda 2013-cü ilin seçkiləri əvvəlki illərdən sakit keçib.

Bu müddətdə jurnalistlərə qarşı zorakılıq nadir hallarda baş verib.

Hesabat müəllifləri bu qənaərtdədirlər ki, Ermənistanın dövlət televiziya kanalı tərəfsizlik istiqamətində irəliləyiş əldə edib, lakin seçki kampaniyası mühitində informasiya müharibəsi daha çox qızışıb.
"Azadlıq" qəzetinin əməkdaşları yayım firmasının onlara olan borcunu tələb edirlər, Bakı, 22 yanvar 2014
"Azadlıq" qəzetinin əməkdaşları yayım firmasının onlara olan borcunu tələb edirlər, Bakı, 22 yanvar 2014

Bu “müharibə”də dövlət mediasının üstünlüyü mövcusddur.

Azərbaycan ötən il “Sərhədsiz reportyorlar”ın sözügedən retinqində 156-cı idi.

Azərbaycan hakimiyyəti təşkilatın hesabatlarını qərəzli adlandırır.

Gürcüstanda hakimiyyət və media

Hesabatda bu da vurğulanır ki, Gürcüstanda seçki yolu ilə baş vermiş hakimiyyət dəyişikliyi mediaya öz təsirini göstərib.

2007-ci ildən prezident Mikheil Saakashvili tərəfdarlarının nəzarətində olan İmedi telekanalı 2012-ci il seçkilərindən sonra əsas səhmdar olan ailəyə qaytarılıb.

Ədliyyə sistemi Tbilisi merinin əlaqəsi olduğu iddia edilən fırıldaqçı səhm köçürmələri və çirkli pulların yuyulması ilə bağlı təhqiqata başlayıb.

Baş nazir seçildikdən sonra Bidzina Ivanishvili şəxsi TV9 telekanalının bağlandığını elan edib.

Ivanishvili-nin hakimiyyətə yetişməsində əsas rol oynayan bu kanal 2012-ci ildə onun xanımı tərəfindən yaradılmışdı.

Hesabatda bildirilir ki, Gürcüstanın yeni radioteleyayım qanunu ölkənin əsas televiziya kanalında daxili çəkişmələrə son qoymalıdır.

Bu çəkişmələr 2013-cü ildə bir çox jurnalistlərin kanaldan uzaqlaşdırılmasına səbəb olmuşdu.

Rusiya pis nümunəyə çevrilir

“Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya bölümünün rəhbəri Johann Bihr Azadlıq Radiosuna deyib ki, mətbuat azadlığına qarşı yeni-yeni sərt qanunlar qəbul edən Rusiya (cədvəldə 148-ci) həm də pis mənada region ölkələri üçün nümunə olur.

Johann Bihr belə qanunlara “homoseksuallığın təbliğini qadağan edən” qanunu, “küfrə qarşı” qanunu misal çəkib. O, jurnalistlərin peşə fəaliyyətinə görə həbsə atıldığını da bildirib.

Belorusda (157-ci) küçə nümayişlərini işıqlandıran jurnalistlər “mütəmadi saxlanır”, hakimiyyət “ekstremizmə qarşı mübarizə” bəhanəsiylə müxalif düşüncəliləri susdurur.

Bihr deyib ki, Qazaxıstan (161-ci) və Azərbaycan (161-ci) “hər növ media azadlığının boğulması astanasındadır”.



XS
SM
MD
LG