Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Avropa rəsmiləri Azərbaycanda QHT-lərlə bağlı qanuna düzəlişlərdən narahatdırlar


Catherine Ashton və Stefan Fuele
Catherine Ashton və Stefan Fuele
-
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton və birliyin genişlənmə məsələləri üzrə rəsmisi Stefan Füle Azərbaycanda QHT-lər barədə qanuna edilən düzəlişlərdən narahatlıq bildiriblər.Onlar hesab edir ki, bu düzəlişlər nüstəqil və tənqidi sivil cəmiyyət üçün mühiti daraldır, xüsusilə də insan haqları və demokratiya sahəsində.

Avropa rəsmiləri Azərbaycan hakimiyyətini öz üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməyə və QHT-lər barədə bu qanuna yenidən baxmağa çağırırlar. Catherine Ashton və Stefan Füle xüsusilə Azərbaycan hakimiyyətini beynəlxalq QHT-lərin qeydiyyat qaydalarını yaxşılaşdırmağa, yüngülləşdirməyə və bütün QHT-lərin qanuni fəaliyyəti üçün lazımi şərait yaratmağa çağırırlar.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 3-də ölkədə QHT-lərlə bağlı qanuna edilən düzəlişləri təsdiqləyib.Söhbət «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri , Qeyri-hökumət təşkilatları və Qrant haqqında qanunlara dəyişikliklərdən gedir.

Yerli QHT rəhbərləri və hüquq müdafiəçiləri bu düzəlişlərin GHT-lərin fəaliyyətini məhdudlaşdırdığını və onlara qarşı təzyiq vasitəsi olduğunu deyirlər.

Hüquqşünas Ələsgər Məmmədli son dəyişikliklərin Avropa İnsan Hüquqları Konvensiyasının assosiasiya azadlığı, birləşmə hüququyla bağlı 11-ci maddəsini alt-üst etdiyini deyir”

«Bağlanma hüququ, qanunsuz bağlanmalar adekvat olmayan cərimələr gətirir.
12 istiqamətdə ciddi cərimələr nəzərdə tutulur. Bu cərimələrin heç biri normal qanunvericilikdə QHT fəaliyyətinə tətbiq olunacaq formada deyil. Bir tərəfdən deyirik QHT fəaliyyəti sərbəst olmalıdır, digər tərəfdən qeydiyyatsız fəaliyyətə görə 2 min 500 manat cərimə kəsirik. Bir tərəfdən fiziki şəxslərin qrant alması qeydiyyatdan keçmir, o biri tərəfdən fiziki şəxsə qrant verən beynəlxalq təşkilat cərimələnir».
XS
SM
MD
LG