Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:44

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
14:29 20.2.2014
Etirazçılar əsir aldıqları polisi Maydana aparırlar
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
15:25 20.2.2014
Kiyevdə aksiyaçılar belə güllələnir- DRAMATİK SƏHNƏLƏR
15:47 20.2.2014
AzadliqRadiosu Ukrayna xidmətinin məlumatına əsasən, Kiyevin yeni təyin olunmuş meri metronun işinin bərpa olunması haqda göstəriş verib. Hakimiyyət adamların Avromaydana toplaşmasının qarşısını almaq üçün ictimai nəqliyyatın işini dayandırmışdı. Hakim regionlar partiyasından olan yeni şəhər merinin bu hərəkəti Yanukovych-ə qarşı çıxmasından xəbər verir.

Hakimiyyət bəyan edir ki, son günlər Kiyevdə həlak olan adamlar etirazçıların atəşləri ilə öldürülüb. AzadlıqRadiosu Ukrayna xidmətinin cəkdiyi görüntülərdə təhlükəsizlik qüvvələrinin əməkdaşları döyüş silahlarından istifadə edir

Davamı

XS
SM
MD
LG