18:41
20.2.2014
#euromaidan Xarkovun rəhbəri deyir Maydanı zor gücünə tərksilah etmək lazımdır. Kiyev bunu bacarmır http://t.co/1BDnwcz1gB
— AzadliqRadiosu (@RadioAzadliq) 20.2.2014
19:14
20.2.2014
RUSİYANIN REAKSİYASI
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qərb dövlətlərinin Ukrayna rəsmilərinə qarşı viza sanksiyaları hədələrini "siyasi şantaj" adlandırıb. Baş nazir Dmitriy Medvedev isə bəyan edib ki, Rusiya Ukraynada güclü hakimiyyət görmək istəyir.
19:55
20.2.2014
AzadliqRadiosu xəbər verir ki, Ukrayna Ali Radası fövqəladə iclasa başlayıb. Ali Radanın 450 üzvündən 227 millət vəkilinin iştirak etdiyi İclasa vitse-spiker Ruslan Koshulinskiy sədrlik edir. Müxalifətin çağırışı ilə toplaşan parlament ölkə konstitusiyasın dəyişiklik etmək, onun maddələrini 2004-cü ilin vəziyyətinə qaytarmak niyyətindədirlər. Bu zaman prezident Yanukovychi səlahiyyətləri indikindən əhəmiyyətli dərəcədə az olacaq. Hakimiyyət tərəfdarları bu addımı çevriliş cəhdi kimi qiymətləndirir.
20:17
20.2.2014
#euromaidan Yanukovych Rusiyaya müraciət edir. Nə üçün? Ətraflı burada http://t.co/4K8a9WNPaI
— AzadliqRadiosu (@RadioAzadliq) 20.2.2014