Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:07

Maydanda bir azərbaycanlı itkin düşüb


Ukrayna daxili işlər nazirliyinin mülkigeyimli əməkdaşları Avromaydan həbsindən azad olunurlar
Ukrayna daxili işlər nazirliyinin mülkigeyimli əməkdaşları Avromaydan həbsindən azad olunurlar
-
Ukraynanın paytaxtı Kiyev şəhərində baş verən hadisələr zamanı bir azərbaycanlı itkin düşüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur.

R. Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır: “Fevralın 19-da Turçindən Kiyevə anasının yanına gəlib və axşam saatlarında evdən çıxarkən anasına Maydana getdiyini, Kiyevə də elə bu məqsədlə gəldiyini bildirib. Həmin gecə səhərə qədər evə gəlməyib və fevralın 20-də səhər Maydanda baş verən atışma və partlayışlardan sonra onunla əlaqə kəsilib, mobil telefonu söndürülüb və yaxın dost-tanışından da heç kimin artıq onu görmədiyi bildirilib”.

R. Tağıyev T. Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.

****
NATO-nun baş katibi fevralın 20-də video-çıxış edib:

“Ukraynada biabırçı şəkildə qan axıdılmasını pisləyirəm. Bütün tərəfləri zorakılığı dərhal dayandırmağa çağırıram. Əlbəttə ki, hökumətin aşırı gücdən istifadə etməmək və silahlı qüvvələrin neytrallığını saxlamaq öhdəliyi var. Ukrayna ordusu xalqa qarşı çevrilməməlidir. Bu, baş verərsə, Ukrayna hakimiyyəti ilə münasibətimizə mənfi nəticələri ola bilər”.

Rasmussen deyib ki, yeganə çıxış yolu dinc dialoq, demokratik yolla çözüm tapmaqdır. Belə bir demokratik və dinc həll yoluna aparan bütün beynəlxalq cəhdləri alqışlayıram,” Rasmussen sözlərinə əlavə edib.

****
Müxalifət liderləri danışıqlardan sonra
Müxalifət liderləri danışıqlardan sonra
Ukraynada qanlı siyasi böhranın həlli üçün “ilkin” razılaşma əldə olunub. Ukrayna prezidentinin mətbuat xidməti bildirir ki, razılaşma Prezident Viktor Yanukovich, müxalifət və AB nazirlərinin ötən gecəki danışıqlarından sonra əldə edilib.

Rusiyalı vasitəçi Vladimir Lukin də məlumatlara görə, danışıqlara qatılıb. Bəyanatda deyilir ki, razılaşma Avropa vaxtıyla saat 10-da imzalanacaq, ancaq detallar açıqlanmır.

Müxalifət və AB nazirləri razılaşmanın əldə olunduğunu dərhal təsdiqləməyib. Polşanın xarici işlər naziri Radoslaw Sikorski bu səhər tvitterində yazıb ki, “bütün gecə aparılan danışıqlardan sonra, danışıqlar başa çatıb”, detallara varmayıb.

****
Avropa Birliyi rəsmiləri Kiyevdə böhranı yüngülləşdirmək üçün hökumət və müxalifətlə danışıqları davam etdirirlər. Fransanın xarici işlər naziri Laurent Fabius danışıqları “çox çətin” adlandırıb.

“Beş saat ərzində Prezident Yanukovych-lə görüşdük. Bir neçə saat müxalifətlə görüşümüz oldu. Müxtəlif elementləri təhlil etməyə çalışdıq – zorakılığı necə dayandıraq, yeni hökumət, yeni seçkilər məsələsi necə olsun. Avropa bu gün sanksiyalar qəbul etdi, bu gecə yenə prezidentlə görüşəcəyik”.

Polşa xarici işlər naziri Radoslaw Sikorski isə daha nikbin səslənib, bir günlük məkik diplomatiyasından sonra irəliləyişin olduğunu vurğulayıb.

GÜCDƏN İSTİFADƏ QADAĞAN EDİLİR

Avromaydan, 21 fevral
Avromaydan, 21 fevral
Fevralın 20-də axşam saatlarında Ukrayna parlamenti polisin Kiyev meydanından çıxarılmasına səs verib. Parlamentin spiker müavini Ruslan Kushylinski.

“Ukrayna parlamenti əvvəla Ukrayna xalqı nümayəndələrinin ölümünə səbəb olmuş gücdən istifadəni, işgəncəni, qəddarlığı və insanlığa qarşı digər cinayətləri pisləyir. Gücdən istifadəyə dərhal son qoyulsun, Ukrayna vətəndaşlarına qarşı hər hansı silahdan istifadə qadağan edilsin. Ukraynada təhlükəsizlik xidmətinin qərarıyla başlanmış anti-terror əməliyyatı qadağan olunsun”.

Daxili İşlər Nazirliyinin nəqliyyat marşrutlarını, küçələri bağlamasına dərhal son vermək qərarı qəbul olunub.

Yanukovych-in Regionlar Partiyasının üzvləri səsvermədən kənar qalıb, bəzilərinin müxalifət keçməsinə dair məlumatlar var.

KREML VƏ AĞ EVDƏN FƏRQLİ REAKSİYALAR

İTAR-TASS Rusiyadan Vladimir Lukin-in danışıqlara qatıldığını bildirib. Brüsseldə isə AB nazirləri Ukraynada qan axıdılmasına cavabdeh rəsmilərə viza qadağası tətbiq edib. Rusiyanın xarici işlər naziri Sergei Lavrov sanksiyaların şantaja bərabər olduğunu bildirib.

Kreml etirazları Qərb hökumətlərinin dəstəklədiyi dövlət çevrilişi adlandırıb.

ABŞ-ın vitse-prezidenti Yanukovych-lə telefon söhbətində deyib ki, Vaşinqton zorakılığa cavabdeh rəsmilərə sanksiya tətbiq etməyə hazırdır.

Ağ Ev bəyanatında Ukrayna xalqına qarşı avtomat silahlardan atəş açılmasına pisləyib.

Cümə axşamı Kiyevin Müstəqillik Meydanında qanlı toqquşmalar baş verib. Polisin nümayişçilərə atəş açdığını göstərən videogörüntülər yayılıb. Daxili işlər naziri deyib ki, polisə silah verilib və “qanuna uyğun olaraq” ondan istifadə edəcək. Səhiyyə nazirliyi çərşənbə axşamından bəri 75 nəfərin öldüyünü xəbərləyir. Bunlardan 47 nəfəri məhz dünənki toqquşmalarda həlak olub. 20 fevral Ukraynanın 20 illik müstəqillik tarixində ən qanlı gün hesab olunur.

BMT DƏ DİALOQA ÇAĞIRIR

Viktor Yanukovych və Ban Ki-moon, arxiv foto
Viktor Yanukovych və Ban Ki-moon, arxiv foto
​BMT-nin baş katibi Ban Ki-moon “Ukraynada hadisələrin faciəvi dönüşündən dərin kədər hissi keçirdiyini” bildirib:

“Həm polis, həm də etirazçıların odlu silahdan istifadə etməsindən təşviş keçirirəm. Bütün tərəfləri dərhal dialoqa çağırıram. Bu, qan axıdılmasını əngəlləməyin və dərinləşən siyasi, təhlükəsizlik və iqtisadi böhranı həllinin yeganə yoludur”.

Kiyevin meri qan tökülməsinə etiraz olaraq hakim partiyadan çıxıb.

Cümə axşamı Kiyev sakinlərinin çoxu küçələrə çıxmamağa çalışıb. Bəzi məlumatlarda deyilir ki, bankomatlar və ərzaq mağazaları boşaldılıb.
XS
SM
MD
LG