23:36
27.2.2014
AzadlıqRadiosu Ukrayna xidmətinin son xəbərləri
- Türkiyənin xarici işlər nazirliyi: "Türkiyə Ukraynanın ərazi bütovlüyünü tanıyır" ...Krımda yaşayan Krlm tatarlarının taleyindən narahatdır
- ABŞ rəsmisi Yanukovych-i prezindet kimi qəbul etmir
- İsveçrə hakmiyyəti Yanukovych-ə aidiyyatı ehtimal olunan bank hesablarının və aktivlərin dondurulması haqda göstəriş verir.
AzadlıqRadiosunun İşdən sonra proqramında "Ukrayna gündəliyi"

23:14
27.2.2014
Krımda yaşayan Azərbaycanlılar Ukraynanın ərazi bütovlüyünü dəstəkləyən qüvvələrin düşərgəsindədirlər. Krımdakı Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov deyir ki, Krımda nə ruslara, nə də digər millətlərə qarşı təhlükə var. Rusiyapərəst qüvvələrin fəallığı isə yarımadada vəziyyəti gərginləşdirir. Müsahibənin səsyazısını aşağıda dinlə
21:52
27.2.2014
Krım parlamenti qarşısında "rus özünümüadifə dəstələri"
Yerləşdirilib: 27.02.2014
Krım parlamenti fevralın 27-nə keçən gecə silahlı dəstə tərəfindən zəbt edildi. Sonra binada Krım Ali radasının Rusiyapərəst deputatları toplaşıb sessiya keçrdilər və Krım Ali Radasının səlahiyyətlərinin artırılamsı haqda referendum təyin etdilər. Bu zaman isə Krım parlamenti qarşısında Rusiyapərəst qüvvələrin aksiyası keçirildi.
21:35
27.2.2014
Parlament Yatsenyuku Ukraynanın baş naziri təyin edir
Yerləşdirilib: 27.02.2014
Maydan hərəkatının liderlərindən biri, 40 yaşlı Arseniy Yatsenyuku ölkənin yeni baş naziri vəzifəsinə təsdiqlədi. Bir gün əvvəl Maydanın səhnəsindən elan olunan hökümət üzvləri də təsdiq olundu. Yatsenyuk hökumətin 1 nömrəli vəzifəsinin ölkə vətəndaşlarının təhlükəsizliyinin olduğunu dedi.
Arseniy Yatensyuk Ukrayna siyasətində yeni ad deyil. O, 2005-2006-cı illərdə iqtisadiyyat naziri, 2007-ci ildə xarici işlər naziri, 2007-2008-ci illərdə isə parlamentin sədri vəzifələrini tutub. 2009-2012-ci illərdə "Dəyişiklik cəhbəsi" siyasi partiyasının lideri olub, 2012-ci ildə müxalifətin birliyinə və parlament müxalifəti olan "Batkivşina" (Vətən) fraksiyasına rəhbərlik edib. Avromaydan hərəkatı başlayandan onun liderləindən biri olub.