14:43
26.2.2014
Fevralın 26-da Krım vilayət parlamentinin qarşısında rusiyapərəst və separatizmə qarşı olan qüvvələrin 2 fərqli mitinqi keçirlir. Tərəflər arasında polis kordonları yaradılıb. Bir müddət antiseparatçılar polis kordonlarını yararaq opponentlərinin mitinqində tərəf keçdilər. Bu zaman kiçik toqquşmalar baş verdikdən sonra vəziyyətin yenidən nəzarətə götürüldüyü deyilir. Antiseparatçılar arasında Krım tatarları fəallıq göstərirlər.