21:52
27.2.2014
Krım parlamenti qarşısında "rus özünümüadifə dəstələri"
Yerləşdirilib: 27.02.2014
Krım parlamenti fevralın 27-nə keçən gecə silahlı dəstə tərəfindən zəbt edildi. Sonra binada Krım Ali radasının Rusiyapərəst deputatları toplaşıb sessiya keçrdilər və Krım Ali Radasının səlahiyyətlərinin artırılamsı haqda referendum təyin etdilər. Bu zaman isə Krım parlamenti qarşısında Rusiyapərəst qüvvələrin aksiyası keçirildi.
23:14
27.2.2014
Krımda yaşayan Azərbaycanlılar Ukraynanın ərazi bütovlüyünü dəstəkləyən qüvvələrin düşərgəsindədirlər. Krımdakı Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov deyir ki, Krımda nə ruslara, nə də digər millətlərə qarşı təhlükə var. Rusiyapərəst qüvvələrin fəallığı isə yarımadada vəziyyəti gərginləşdirir. Müsahibənin səsyazısını aşağıda dinlə
23:36
27.2.2014
AzadlıqRadiosu Ukrayna xidmətinin son xəbərləri
- Türkiyənin xarici işlər nazirliyi: "Türkiyə Ukraynanın ərazi bütovlüyünü tanıyır" ...Krımda yaşayan Krlm tatarlarının taleyindən narahatdır
- ABŞ rəsmisi Yanukovych-i prezindet kimi qəbul etmir
- İsveçrə hakmiyyəti Yanukovych-ə aidiyyatı ehtimal olunan bank hesablarının və aktivlərin dondurulması haqda göstəriş verir.
AzadlıqRadiosunun İşdən sonra proqramında "Ukrayna gündəliyi"