18:08
1.3.2014
Krım sularında gərginlik yaranır (Xəritəni böyütmək üçün üstünə sıx)
Ukrayna sərhəd xidməti bir qədər əvvəl məlumat verirdi ki, silahlı dəstə xidmətin Sevastopol limanındakı gəmilərini ələ keçirmək istəyirdi. Gəmilər dənizə çıxandan sonra isə Rusiya hərbi dəniz donanmasının 3 raket kateri və "Moskva" raket hərbi gəmizi yaxınlaşaraq Balaklava körfəzində onların qarşısını kəsib

17:24
1.3.2014
Deyəsən məsələ ancaq Krımla məhdudlaşmır. Donbas və Xarkovda da Rusiyapərəst qüvvələr fəallaşır
17:10
1.3.2014
Sevastopolda silahlı qrup rəhbəri bilriri ki, Rusiya Müdafiə nazirliyinin Ukrayna sərhəd məntəqəsinin ələ keçirmək haqda əmrini yerinə yetirir
Ukrayna Dövlət Sərhəd xidməti bildirir ki, sərhəd qoşunlarının hərbi gəmiləri həyəcan sıqnalı ilə dənizə çıxıblar. “Dövlət sərhəd xidməti bəyan edir ki, xidmətin hərbi hissələrinin ələ keçirilməsinin qarşısını almaq üçün bütün qanuni yollardan istifadə edəcək və sərhəd mühafizəsi gəmiləri artıq həyəcan siqnalı ilə dənizə çıxıblar” – deyə Ukrayna sərhəd xidməti rəhbərinin təmsilçisi Sergei Astakhov Ukrayna mediasın açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukrayna sərhəd xidmətinin Sevastopoldakı dəniz mühafizəsi hissəsini silahlı qrup ələ keçirmək cəhdi göstərib. Onlarla danışıqlar zamanı silahlı qurpun rəhbəri bildirib ki, Rusiya Müdafiə nazirliyinin Ukrayna sərhəd xidməti hissəsini ələ keçirmək haqda əmrini yerinə yetirir.
16:36
1.3.2014
MARTIN 30-DA KIRMDA REFERENDUM
Krımın baş naziri Aleksey Aksyonov elan edib ki, Krıımın statusu haqda referendum martın sonunda keçiriləcək. Əvvələr elan olunmuşdu ki, belə bir referendum mayın 25-də keçiriləcək. Ukraynanın mərkəzi hakimiyyəti Krımın referendum keçirmək cəhdini qanunsuz adlandırıb, yerli orqanların belə bir səlahiyyətinin olmadığını elan etmişdi.