16:24
28.2.2014
UKRAYNA MALİYYƏ PROBLEMLƏRİNİ BELƏ HƏLL EDİR
Xarici valyutanın bank hesabından çıxarılmasına gündəlik limit qoyulur. Banklar adambaşına ancaq 1500 USD məbləğində nağd xarici valyuta verirlər. Ətraflı burada oxu
16:33
28.2.2014
Silahlı əsgərlər Krım üzərində təyyarələri idarə edən şirkəti zəbt edir
Yerləşdirilib: 28.02.2014
Fevralın 28-də bir qrup silahlı «Krımaerorux» hava nəqliyyatı naviqasiyasını təmin edən şirkəti zəbt ediblər. Silahlılarn rus əsgərləri və Krımın yerli əhalisindən ibarət özünümüdafiə dəstəsi üzvlərinin olduğu ehtimal edilir.
17:52
28.2.2014
#Ukraine Yanukovych+in mətbuat-konfransı http://t.co/r7Hmf0Mm3w
— AzadliqRadiosu (@RadioAzadliq) 28.2.2014
17:56
28.2.2014
FEBRALIN 28-DƏ ROSTOV ŞƏHƏRİNDƏ UKRAYNANIN SABİQ PREZİDENTİ
VİKTOR YANUKOVYCHİN MƏTBUAT KONFRANSI KEÇİRİLDİ
VİKTOR YANUKOVYCHİN MƏTBUAT KONFRANSI KEÇİRİLDİ
1,5 saat canlı yayımda jurnalistlərin sualların cavab verən Yanukovych hakimiyyətdən imtina etmədiyini bildirdi. Xaricdəki pulları və mülkləri haqda suala cavab verən Yanukovych bildirdi ki, xaricdə nə onun, nə də oğlunun pulları var. Mediada nümayiş etdirilən villanın ona qarşı sui-qəsd cəhdindən sonra sabiq prezident Kuchma tərəfindən verildiyini, sonradan həmin evi torpaq sahəsi ilə birlikdə 3 milyona aldığını bildirdi. Çıxışının sonunda Yanukovych əlindəki qələmi sındırıb xalqdan üzr istədi, barrikadaların durduğu tərəfindən asılı olmayaraq həlak olanların xatirəsinə hörmət bildirdi və hazirda hakimyytəd olanları xəbərdar etdi ki, milyonlarla insana maaş vermək vaxtı çatanda və xəzinədə pul olmayanda onlar pis vəziyyətə düşəcək. Mətbuat konfransında verilən bəzi suallar və cavablar
Exo Moxskvının sualı: Sizin nə inzibatı aparatınız var, nə hakimiyyətiniz nə də Ukraynaya qayıtmaq imkanınız var. Necə göctərə bilərsiz ki, Siz Ukraynanın prezidentisiz.
Yanukovych: Mən prezident seçilmişəm, istefa verməmişəm, Konstitusiyaya görə impiçmnet nəzərdə tutulmayıb, mən burada oturub deyirəm ki, prezidentəm - məni necə hakimiyyətdən kənarlaşdırmaq olar?
"Dojd"TV kanalı: Haaqa məhkəməsində proses başlasa, Siz orada ifadə verməyə hazırsız?
Yanukovych: Əvvəlcə hakimiyyət və müxalifətin iştirakı ilə hadisələr araşdırılmaslıdır, bundan sonra Haaqa haqqında danışmaq olar. Mən əminəm və vaxt gələcək başa düşəcəksiniz ki, hazırda səhnələşdirilmiş proses gedir. Mən və mənim komandam əlimizdən gələni elədik ki, qan tökülməsin. Bu səhnələşdirilimiş prosesin ssenarisi Ukraynada yazılmayıb.
Reuters: Rusiya prezidentindən Sizin prezident olmağınızın təsdiqini almısız?
Yanukovych: Mən təkra edirəm, mən demokratik, seçki yolu ilə seçilmiş prezidentəm. Mən Ruisya prezidenti ilə görüşməmişəm. Görüşsəm, onun münasibətini öyrənə bilərəm. Mən təkrar edirəm ki, Rusiya əlindən gələni etməlidir ki, onun ən böyük qonşusu olan ölkədə hər şey sabit olsun.