Ukraynanın daxili işlər naziri Avakov bildirir ki, Rusiyanın hərbi dəniz donanmasının dənizçiləri Krımda Sevastopol limanını bağlayıblar. Onun sözlərinə görə, digər Rusiya əsgərləri regional paytaxtda – Simferopolda hava limanına keşik çəkirlər. Avakov hava limanının tutulmasını hərbi müdaxilə və işğal adlandırır.
Rusiyanın hərbi dəniz donanması öz əsgərlərinin bu işlərə cəlb olunduğunu inkar edir.
Ukrayna parlamenti isə Rusiyanı Ukraynanın suverenliyini pozmaqdan çəkinməyə çağırır.
Parlament BMT Təhlükəsizlik Şurasına mürcaiət edir ki, Rusiyanın müdaxiləsi məsələsinə baxsın.
Ukraynanın baş prokuroru deyib ki, Kiyev Rusiyadan Yanukovychin verilməsini istəyəcək.
Yanukovychin isə cümə günü Rusiyanın cənubunda,Ukrayna ilə sərhəddə yaxın nitq söyləyəcəyi gözlənilir.