Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:52

DIQQƏT DEZO! Rusiya mediasının Ukrayna haqda yaydığı miflər


-

"Ukrayna inqilabını edənlər faşistlərdir". "Şərqi Ukraynadan Rusiyaya qaçqın axını başlayıb". "Ukraynada yəhudilərə genişmiqyaslı hücumlar baş verir".

Bütün bunlar Rusiya mediasının Ukrayna haqda uydurduğu yalanların, yaydığı yalan məlumatların yalnız bir neçəsidir.

Ukraynada gerçəkdən nə baş verdiyini anlamaq çətindir və Rusiya mediası bu işi daha da çətinləşdirir.

Yazıçı, tərcüməçi Catherine Fitzpatrick deyir ki, bütün müharibələr belə dezinformasiyalarla başlayır. Necə deyərlər, “həqiqət müharibənin ilk qurbanıdır”.

Fitzpatrick-in fikrincə, Rusiya mediası nifrət hiss aşılamaqla yanaşı həm də insanlarda panika yaradır.

ƏSAS MƏLUMAT MƏNBƏYİ

Məsələn, Ukraynanın Xarkov şəhərində insanlar əsasən rus televiziyalarına baxırlar.
Russia Today kanalı ingiliscə yayınlanır.
Russia Today kanalı ingiliscə yayınlanır.

Həmin televiziyalar isə elə bir təsəvvür yaratmağa çalışırlar ki, sanki Ukraynanın rusdilli əhalisinin həyatı təhlükədədir, onlara qarşı hücum hazırlanır.

Hətta rus rəsmiləri də belə saxta xəbərlərə əsaslanırlar. Fitzpatrick deyir ki, Rusiyanın BMT-dəki səfiri Churkin-in guya Kiyevdə pravoslav kilsəsinə hücum edilməsi barədə açıqlamasını eşidəndə şoka düşüb.

650 000 QAÇQIN?

Rusiya mediası xəbər yaymışdı ki, ilin əvvəlindən Şərqi Ukraynadan Rusiyaya 650 min adam qaçıb.

Halbuki BMT-nin qaçqınlar təşkilatı iki ölkənin sərhədində hər hansı ciddi miqrasiya müşahidə olunmadığını bildirir.

Rusiya mediası millətçi “Sağ sektor” hərəkatının Simferopolda sinaqoqa hücum etməsi haqqında da xəbər yaymışdı.

YƏHUDİ İCMASI TƏKZİB EDİR

Halbuki Ukrayna yəhudiləri hücumun millətçilər tərəfindən törədilmədiyini, kiminsə həmin qüvvələrin rəmzlərindən istifadə etdiyini demişdilər.

Yəhudi icmasının rəhbəri Oleksandr Hendin Azadlıq Radiosuna deyib ki, bunu edənlər Krımda sabitliyi pozmaq istəyənlərdir.

Ukraynanın baş ravvini Yakov Dov Bleich isə deyib ki, Ukrayna yəhudiləri üçün əsas təhlükə Rusiyanın provakasiyalarıdır. Belə provakasiyalardan vaxtilə alman nasistləri də istifadə edirdi.
XS
SM
MD
LG