-
«Amnesty International» beynəlxalq hüquq-müdafiə təşkilatı martın 7-də yaydığı bəyanatda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzləşdiyi təzyiqlərdən yazır.
AXCP-YƏ QARŞI PLANLI HÜCUM
Qurum xatırladır ki, partiyanın yeddi üzvünə inzibati həbslər verilib, partiya qərargahını itirib. Partiyanın yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Ertəsi gün partiya buradan çıxmağa məcbur olub, bina sökülməyə başlayıb.
«Amnesty International» partiya üzvləri olan Tofiq Dadaşov, Bəhruz Həsənov, Təzəxan Mirələmli, İlham Hüseyn, Cabbar Savalan, Ağaverdi Ruşanovun həbs olunmasından bəhs edir:
«Saxlanan fəalların sayı və onların belə qısa bir müddət ərzində məhkum olunması bu həbslərin AXCP-yə qarşı planlı hücumun bir hissəsi olduğunu deməyə əsas verir. Bu həbslər dalğası ilə Azərbaycan hakimiyyəti müxalifət daxilində əsas təşkilatçıları hədəfə almış kimi görünür. Saxlananlar internetdə tənqidi fikirlərini yayıblar».
«HƏBSLƏRİN MƏQSƏDİ CƏZALANDIRMAQDIR»
AXCP-nin yerləşdiyi binadan çıxarmasına gəlincə, «Amnesty International» bildirir ki, qurum hakimiyyətin apardığı təhlükəsizlik qiymətləndirməsinin keyfiyyətinə şərh verə bilməz. Ancaq binanın sahibinə hədə iddiaları, partlayışa dair rəsmi izahın inandırıcı görünməməsi, söküntünün aparıldığı sürət gələcək təhqiqatla bağlı suallar yaradır.
«Amnesty International» inanır ki, son həbslər dalğası rejimin siyasi opponentlərə dair mövqeyinin sərtləşdiyini göstərir:
«Beynəlxalq ədalətli məhkəmə standartlarına əməl olunmadığına görə düşünmək olar ki, bu həbslər fəalları cəzalandırmaq məqsədi daşıyır».
«Amnesty International» hakimiyyəti AXCP üzvlərinə qarşı təqib kampaniyasını dayandırmağa, bütün siyasi opponentlər və hökumət tənqidçilərinin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını təmin etməyə çağırır.