03:57
9.3.2014
Ruslar Krımdakı Ukrayna donanamasını belə zərərsizləşdirilər
Bütün tələblərə baxmayaraq Krımdakı Ukrayna hərbi dəniz birləşmələri Kiyevə sədaqət nümayiş etdirilər. Bunu görən Rus hərbçiləri onların Qara dənizə çıxışının qarşısını almaq üçün limanların çıxışlarında köhnə gəmiləri batırırlar. Yevpatoriya yaxınlığındakı Nozoozornoe hərbi dəniz bazasını zərəsizləşdirmək üçün də 8 rus hərbi gəmizi limanda 2 yarasız gəmini körfəzin çıxışnda batırıblar. (Reuter agentliyinin görüntüləri)
03:54
9.3.2014
Martın 8-də Krım separatçıları ordu yaradırlar
Separatçı Krım hakimiyyəti özünümüdafiə dəstələrindən Krım ordusu yaradır. Rusiyapərəst hakimyyətin baş naziri deyir ki, yarımadakı bütün hərbi bazalar Krım müxtar vilayətinə tabe olmalıdır. Bu hakimiyyəti qəbul etməyən əsgər və zabitlər isə silahları təhvil verib evə getməlidirlər. (Reuters agentliyinin görüntüləri)
01:10
9.3.2014
22:53
8.3.2014
UKRAYNADA SİLAHLI QARŞIDURMA TƏHLÜKƏSİ SƏNGİMİR
Ukrayna ordusunun Lvov, Jitomir və digər vilayətlərindəki hərbi hissələri daimi dislokasiya yerlərini tərk edib şərq istiqamətində hərəkət edir. Hərbi ekspertlər bu manevrlərin Ukrayna sərhədlərinin möhkəmləndirilməsi cəhdi kimi şərh edirlər. Reuters Krım yaxınlığında sərhəd qoşunlarına məxsus Ukrayna müşahidə təyyarəsinin atəşə tutdulduğu haqda xəbər yayıb. Rus yaraqlıları Xersonla Kırm vilayətlərinin sərhəddində bəzi sahələri minalayıblar. Ukrayna sərhəd xidməti Rusiyadan ölkəyə keçən yaraqlı rus vətəndaşlarını geri qaytarır. Lakin Rus ordusunun əlində olan Kerç limanı vasitəsilə Rusiyanın Krasnodar vilayətindən hərbi qüvvələrin Krıma daşınması davam edir.