03:54
10.3.2014
KRIMDA RUSLARIN ULTİMATUM SİYASƏTİ DAVAM EDİR
Yevpatoriyadakı Ukrayna hərbi hissəsinə yenidən ultimatum verilib. Bu haqda hərbi hissənin komandiri sosial mediadakı canlı yayımda xəbər verərək ona təqdim olunan ultimatum məktubunu oxuyub. Məktubda deyilir ki, Krımda referendum keçirildiyi müddətdə hərbi hissənin silahları Krımdakı Rusiya Hərbi donanmasına təhvil verilməlidir. Komandirin sözlərinə görə, ultimatumda adı çəkilən silahlar ümumiyyətlə onun təhbərlik etdiyi hərbi hissənin cəbbəxanasında mövcud deyil. Komandir bildirib ki, nə qeydiyyat nömrəsi nə də möhürü olan bu yazılı ultimatum haqda öz komandanlığına məlumat verib. Onlardan xüsusi göstəriş gəlməyənədək heç kimə heç nə təhvil vermək niyyətində deyil, hərbi hissəyə hücum olarsa, cavab verəcəklər və hərbi sursatın ələ keçməməsi üçün onu məhv edəcəklər. Xatırladırıq ki, Krımın rus hərbçiləri tərəfindən ələ keçirildiyi gündən Ukrayna ordusunun yarımadakı hərbi hissələri hər gün buna bənzər ultimatum və xəbərdaqlılaq alır, lakin indiyədək təslim olan hərbi hissə qeydə alınmayıb