-
Martın 11-də keçmiş Ukrayna prezidenti Viktor Yanukovych Rostov-Donda yeni müraciətlə çıxış edəcək.
Onun çıxışı Moskva vaxtı ilə saat 13:00-da “Vertolekspo” sərgi mərkəzinin "Ametist" zalında başlayacaq.
Media nümayəndələri zala yalnız təhlükəsizlik və yoxlama vərəqəsi əsasında buraxılacaq.
Keçən dəfə Viktor Yanukovych Rostov-Donda fevralın 28-də çıxış etmişdi. Bu, onun Ukrayna Ali Radası onu hakimiyyətdən uzaqlaşdırandan sonra ictimaiyyət qarşısnda ilk çıxışı idi. Həmin çıxışında Yanukovych Ukrayna xalqından üzr istəmişdi, Ukraynadan qaçış təfərrüatları haqqında danışmışdı. Elə həmin çıxışında o özünü qanuni prezident adlandırmışdı.
Moskva Viktor Yanukovychi Ukraynanın legitim prezidenti sayır.
Ukraynanın yeni hakimiyyəti Yanukovychi kütləvi etiraz aksiyaları zamanı öldürülmüş adamların qətlində, Konstitusiya quruluşunun devrilməsi çağırışlarında ittiham edir.
Ötən həftə İnterpol Yanukovychin axtarışı və tutulması ilə bağlı Ukrayna hökumətindən sorğu alıb.