Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:50

Əkrəm Əylisli Nobel mükafatına namizəddir


Azerbaijan -- Writer Akram Aylisli speaks during his interview with the AFP in Baku, 13Feb2013
Azerbaijan -- Writer Akram Aylisli speaks during his interview with the AFP in Baku, 13Feb2013
-
Bir qrup alim və yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstərib.

apa-nın xəbərinə görə, Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin «Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi» vurğulanır:

«Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var».

Müraciəti aşağıdakı şəxslər imzalayıb:

Sergey Abashin – antropologiya və sosial tədqiqatlar professoru, Sankt-Peterburq Avropa Universiteti;

Andrei Bitov – Rusiya PEN-klubunun prezidenti, Yerevan Dövlət Universitetinin fəxri professoru;

Craig Calhoun – sosial elmlər professoru, London İqtisadi və Siyasi Elmlər Məktəbinin direktoru;

Georgi Derluguian – sosial tədqiqatlar və kütlə siyasəti professoru, Əbu-Dabi Nyu-York Universiteti;

Alexander Dobrokhotov – fəlsəfə doktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;

Həsən Hüseynov – klassik filologiya və fəlsəfə doktoru, Moskva Dövlət Universiteti, Moskva Ali İqtisadiyyat Məktəbi, Bazel (İsveçrə) Universiteti;

Kevan Harris – ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı;

Rouslan Khestanov – fəlsəfə və kulturologiya professoru, Moskva Sosial və Mədəniyyət Proqramları İnstitutunun direktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;

Michail Maiatsky – kulturologiya professoru, Moskva Ali İqtisadiyyat Məktəbi, İsveçrə Friburq Universiteti;

Vladimir Malakhov – sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və Dövlət Xidməti Akademiyasının prezidenti;

Nikolaj Plotnikov – fəlsəfə professoru, Rus Fəlsəfəsi və İntellektual Tarixi elmi mərkəzi, Bohum Rur Universiteti;

Teodor Shanin – Mançester Universitetinin sosiologiya professoru;

Immanuel Wallerstein – Yelk Universitetinin sosiologiya professoru;

Müraciəti imzalayan Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur.

2012-ci ilin dekabrında Əkrəm Əylisli «Daş yuxular» romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli «Azərbaycanın xalq yazıçısı» adından və fəxri təqaüddən məhrum edilib.

Sən nə düşünürsən?
Yazıçı Nobel mükafatına layiqdirmı?
Şərhini yaz!
XS
SM
MD
LG