Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:44

Almaniyanın keçmiş federal kansleri: “Rusiya super güc statusunu itirib, amma...”


-
“Rusiya özünün 90-cı illərdəki super güc statusunu itirib. Ancaq yenə də ona belə münasibət bəslənməsini gözləyir”.

Azərbaycan-Almaniya Xarici Ticarət Palatasının Bakıda təşkil etdiyi mühazirədə Almaniyanın keçmiş federal kansleri Gerhard Schroder belə deyib.

O, Ukraynanda, Krımda yaşanan vəziyyətin narahatlıq doğurduğunu bildirib.

“Ukraynanın tənəzzülü təkcə Avropaya deyil, qlobal iqtisadiyyata da təsirsiz ötüşməyəcək. Ukraynada baş verənlərin bir həll yolu var- bu yol dialoqdan keçir. Ukraynaya Avropa İttifaqının Assosiasiya sazişini təklif etməklə onu Rusiya ilə Avropa arasında seçim qarşısında qoymaq düzgün deyil. Avropa bu sazişi həm də Rusiya ilə etməlidir”.

Gerhard Schroder qeyd edib ki, Ukrayna bir tərəfdaş kimi həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyaya və Avropa Birliyinə lazımdır.
XS
SM
MD
LG