Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:33

Heyvanların çoxu ultrabənövşəyi şuaları görürmüş


Arxiv foto: ABŞ-da - Kaliforniyada yüksək gərginlikli elektrik xətləri və külək generatorları.
Arxiv foto: ABŞ-da - Kaliforniyada yüksək gərginlikli elektrik xətləri və külək generatorları.
.
Adətən heyvanlar yüksək gərginlikli elektrik xətlərindən kənar durmağa çalışırlar. Alimlərin yeni araşdırmalarına görə bunun səbəbi heyvanların ultrabənövşəyi şuaları görə bilmələri ola bilər.

Londonda nevrologiya üzrə professor Glen Jeffery həmkarları ilə bu sahədə apardıqları araşdırmaların nəticələrini keçən həftə “Conservation Biology” adlı internet dərgidə yayıblar.

Professor bildirir ki, şimal maralı üzərində araşdırmalardan sonra heyvanların ultrabənövşəyi şuaları görə bildikləri qərarına gəliblər:

- Biz həmçinin bilirik ki, ultrabənövşəyi şualar yüksək gərginlikli elektrik naqillərindən də yayılır. Araşdırmalarda məlum oldu ki, tək şimal maralı yox, başqa heyvanlar da bu şuaları görə bilir. Xüsusən qış aylarında Arktikada gözləri qaranlığa alışmış marallar üçün həmin ultrabənövşəyi şualar olduqca qorxunc görünür.

Professor qeyd edir ki, onlarla başqa məməli heyvan cinslərinin gözlərinin anatomik quruluşunu öyrənəndən sonra belə qərara gəliblər ki, heyvanların bir çoxu, xüsusilə iribuynuzlular, pişik, it, siçovul, yarasa, qırmızı panda və kirpi bu şuaları görür. İnsan gözü isə yüksək gərginlikli elektrik xətlərində ionlaşmış qazlar sayəsində yaranan bu şuaları görə bilmir.

Alim hesab edir, ultrabənövşəyi şuaları görə bilmələri ö deməkdir ki, hevanlar və quşların miqrasiya yollarında olan elektrik xətləri onlar üçün çox böyük problemdir. Ona görə də ən azı heyvanlar və quşların tez-tez istifadə etdikləri köç yollarında yüksək gərginlikli elektrik xətlərinin torpağa basdırılması lazımdır ki, onları hürkütməsin.

Yüksək gərginlikli elektrik xətrlərindən yayılan ultrabənövşəyi şualar videokameralara belə görünür:
XS
SM
MD
LG